Bakı. Hüseyn Vəliyev - Trend:
Sübhan Kazımov "Azərpoçt" MMC-nin baş direktorunun səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilib. Bunu Trend-ə MMC-dən deyiblər.
S.Kazımov "Azərpoçt"da 2002-ci ildən işləyir. O əvvəlcə MMC-nin Texniki şöbəsinin müdiri vəzifəsində çalışıb. 2004-cü ilin iyulundan isə "Azərpoçt" MMC-nin baş direktorunun müavini vəzifəsini tutur.
Bizi Twitter-dən izləyin: @trend_az