Budur sənin demokratiyan, Qərb?

Budur sənin demokratiyan, Qərb?
13:42 8 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Qərbin Azərbaycana qarşı ikili standartlar siyasəti yürütdüyü deyilir. Ola bilər. Ən azı, ona görə ki, Azərbaycanda hər hansı müxalifətçinin yanından polis ötəndə onlarla beynəlxalq təşkilat bizə barmaq silkələyir, tənbeh etməyə çalışır, hədələr və tələblərlə gündəmi zəbt edir.

Amma Ermənistanda müxalifətçinin başını yarırlar, şəhərin mərkəzində təpikləyirlər  - sükut pozulmur.
Bu, artıq ikili standart deyil. Çünki hər standartın ölçü vahidi, limiti, formatı var.
Ölçüyə sığmayan, hədsiz və bənzəri tapılmayan davranışsa ən yaxşı halda marazm, ən pis halda isə düşünülmüş siyasətdir.

Təkadamlıq kamera tələbi

Yerevanın 7 şəhər məhkəməsi müxalifətdəki "Yeni Ermənistan" hərəkatının fəalı Gevork Safaryanın 2 ay müddətinə saxlanmasına qərar verib. O, Yeni il gecəsində "hakimiyyət nümayəndəsinə qarşı zorakılıq etmək"də suçlanıb.
Məhkəmə iclasında G.Safaryan aclıq aksiyasına başladığını bildirib.
"Nubaraşen" islah-əmək müəssisəsində ötən il həbsdə yatmış G.Safaryan həmin müddətdə zorakılığa, işgəncələrə və təhdidlərə məruz qaldığını deyib.

Erməni müxalifətçi məhkəmənin hökmünün dəyişdirilməsi, azadlığa buraxılması tələbi ilə aclıq etmir.
O, Azərbaycandakı bəzi müxalifətçilərdən fərqli olaraq xarici ölkə səfirlərinin, beynəlxalq hüquq-müdafiə təşkilatlarının mənsublarını və heç olmasa, jurnalistlərin görüşə çağırılmasını da istəmir.


Əsla.
G.Safaryan həbsxanada olarkən təkadamlıq kamerada saxlanmasını istəyir.
Erməni müxalifətçini 5 ilədək həbs gözləyir. Safaryanın vəkilinin dediyinə görə, məhkəmənin belə hökm verməsi üçün "səbəb"lər Safaryanın aprelin 24-də kütləvi iğtişaşların hazırlanmasında suçlanması, habelə onun "istintaqa maneələr yarada biləcəyi"dir.
Safaryanın həbs səbəbi də maraqsız deyil.

Erməni yolkası, müxalifətçi meymunlar və Avropanın oyuncağı

"Yeni Ermənistan" hərəkatının üzvləri Yeni il gecəsində Yerevanın mərkəzindəki Azadlıq meydanında yolka quraşdırmaq istəyiblər. Polis buna imkan verməyib və 5 nəfəri saxlayıb. Safaryan da həmin olayı hazırlayanlardan biri kimi sonradan tutulub.
Ermənistan DİN-in xüsusi təyinatlı 4-cü rotasının komandiri Geqam Xaçatryan məhkəməyə şikayət ərizəsi yollayaraq G.Safaryan tərəfindən zorakılığa məruz qaldığını deyib.
Döyənin döyüləndən şikayətini qəbul edən məhkəmə də qərar verib ki, hadisə elə bu cür olub. Yəni məhkəmənin məntiqinə görə, Yeni il gecəsi evdə oturmuş G.Safaryan "çox müəmmalı və sirli" şəkildə Azadlıq meydanına teleportasiya edib, orada polis zabitini döyüb, dərhal da, ani olaraq evə qayıdıb və yeyib-içməyə davam edib. Bunu da həmin axşam Safaryanın evinə yığışmış qohumlar, qonşular, tanışlar heç hiss də etməyiblər.


Safaryan döyüldüyünü deyir, yarılmış başını, sındırılmış barmağını göstərir, amma məhkəmə bütün bunları eyninə almır: axı zədələrin harada və nə zaman alınması barədə sənəd yoxdur.

Üstəlik, Yerevan məhkəməsinin qənaətinə görə, humanist, şəfqətli, həlim polis zabiti heç vaxt müxalifətçiyə əl qaldırmaz. Əksinə, sən demə, cılız, ortaboy Safaryan enlikürək, cüssəli Xaçatryanı o ki var döyüb və elə ustalıqla davranıb ki, döyülən polis zabitinin bədənində bir zərbə izi də yoxdur.
Həmin axşam Azadlıq meydanında yolka quraşdırmaq istəyən müxalifətçilərdən Varujan Havetisyan və Qagik Yegizaryanın dediklərinə məhkəmə qulaq asmayıb, hesaba almayıb.
Halbuki müxalifətçilər məhz polis zabiti Geqam Xaçatryanın vəhşilik etdiyini, Safaryanı amansızlıqla döydüyünü deyiblər.
Geqam Xaçatryan məhkəmənin ertəsi günü Facebook-dakı səhifəsində yazıb: "Hər şey ədalətli oldu. Biz polislər ictimai asayişin keşiyində durur, vətəndaşları gecəyarısı şəhərdə veyllənən meymunlardan qoruyuruq".

Varujan Havetisyan "Azadlıq" radiosunun erməni dilli xidməti olan "Azatutyun"a verdiyi açıqlamasında deyib: "Geqam Xaçatryan sanki özünü rinqdə hiss edirdi, Gevorku qəddarlıqla vururdu".

"Yeni Ermənistan"ın fəalları Yerevan Şəhər Polis İdarəsinin qarşısında etiraz aksiyası keçiriblər. Daha sonra isə onlar G.Xaçatryanın evinin qarşısına yollanaraq orada piket təşkil ediblər. Bu piketdə 5 nəfər, o cümlədən G.Safaryanın arvadı və qardaşı tutulublar.
Polis zabiti Geqam Xaçatryan iki il əvvəl müxalifətçi Şant Harutyunyanla dostlarının "hücumlarına məruz qalmışdı".
Təbii ki, müxalifətçilər həbs olunmuşdular.

Çox danışdığı üçün təpiklədilər

Bu arada "Yeni Ermənistan"ın daha bir fəalı döyülüb. Təşkilatın yaydığı açıqlamada deyilir ki, Syuzi Gevorkyan evə gedərkən iki kişi onu təqib edib: "Onlar Syuziyə çatanda yumruq zərbələri endiriblər, sonra yerə yıxıb təpikləyiblər. Bu zaman cinayətkarlardan biri: "Sənə dedik, sus, bu işlərə qarışma?! Sən yaman çox danışırsan!" - deyib. Syuzinin qışqırıqlarına küçədən keçənlər gələndə qızı döyənlər qaçıblar".

Ötən ilin avqustun 14-də də döyülmüş Syuzi Gevorkyan indi beyin silkələnməsi diaqnozu ilə müalicə olunur.

Əcəba, niyə susurlar?

Azərbaycanda insan haqları, demokratiya, vətəndaş cəmiyyəti ilə bağlı fasiləsiz bəyanatlar verən, efemer "siyasi məhbuslar siyahı"sını az qala Şindlerin siyahısı kimi təqdim edən beynəlxalq hüquq-müdafiə qurumları, habelə ATƏT, AŞPA susurlar.

Ermənistanda baş verən hadisələr, yəni müxalifətçilərə divan tutulması, prezident Serj Sarkisyanın hakimiyyətinə etiraz edənlərin uydurma "səbəb"lər əsasında tutularaq həbs olunmaları, müxalifətçilərin amansızlıqla döyülmələri sanki planetimizdən uzaq məkanda yaşanır.
Azərbaycanı sanksiyalarla hədələyən amerikalı konqresmenlər "ABŞ-ın ən yaxın dostlarından biri" saydıqları, daha doğrusu, siyasi fəaliyyətlərinin maliyyələşməsində çox önəmli rol oynayan ermənilərlə münasibətləri sərtləşdirməmək üçün Yerevandakı repressiyalar barədə bir kəlmə də söyləmədilər.


ABŞ-ın Dövlət Departamenti, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da bəyanatla çıxış etməyiblər.
Paradoks? Qətiyyən.
ABŞ və Avropanın bəlli qurumlarının hədəfində Ermənistan yox, Azərbaycandır.
Çünki biz Ermənistandan fərqli olaraq, kənardan alınan təlimatlar, əmrlər və göstərişləri dövlət idarəetmə mexanizminin xoşagəlməz, amma qaçılmaz ünsürü saymırıq, müstəqil siyasət yürüdürük, hansısa dövlətin və ya təşkilatın maraqlarını ölkənin mənafelərindən üstün tutmuruq.
Azərbaycan oyuncaq olmayıb və olmaq niyyətində də deyil.
Səbəb budur.
Ermənistanda isə gündə hətta onlarla müxalifətçi döyülə bilər.
ABŞ-ın Yerevandakı səfiri və ya ATƏT-in nümayəndəsi heç bir açıqlama verəsi, Yerevandakı hakimiyyətə çağırışla səslənəsi, tələblər qoyası deyillər.
Hələlik onların nişangahı başqa səmtə tuşlanıb.

Elçin Alıoğlu
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

“Suka” olmaq istəməyən “kriminal generallar”ın dəhşətli ölümləri - VİDEO

24 Aprel 2017 01:33

Kendall Merilin obrazında - FOTO

24 Aprel 2017 01:32

Gəncədə taksi sürücüsü döyüldü

24 Aprel 2017 01:29

"Ginnesin Rekordlar Kitabı"na düşən azərbaycanlılar

24 Aprel 2017 01:21

Messi “Barselona”da 500-cü qolunu vurdu

24 Aprel 2017 01:19

"Barselona" "El-Klassiko"da qələbə qazandı

24 Aprel 2017 01:03

Madriddə triller: 5 qol, qırmızı vərəqə, Messinin benefisi

24 Aprel 2017 00:58

Le Pen seçkilərdən sonra ilk dəfə danışdı

24 Aprel 2017 00:56

Messi son saniyələrdə "Real"a ŞOK YAŞATDI

24 Aprel 2017 00:47

Fransada prezident seçkilərinin iki namizədi ikinci tura adladı

24 Aprel 2017 00:44

Yumurtanın təzə olub-olmadığını öyrənmək üçün

24 Aprel 2017 00:34

Türkiyə klubunun futbolçusu özünü asdı

24 Aprel 2017 00:18

Tanınmış futbolçu intihar etdi

24 Aprel 2017 00:16

Astroloji proqnoz - 24 aprel

24 Aprel 2017 00:13

Bu videoya baxmaq ürək istəyir

24 Aprel 2017 00:09

Günün qoroskopu: tənbəllik və süstlük etməyin

24 Aprel 2017 00:05

Kubok "Qarabağ"a təqdim olundu

23 Aprel 2017 23:58

İki yol qəzasında 3 nəfər xəsarət alıb

23 Aprel 2017 23:57

4 otaqlı ev yanıb

23 Aprel 2017 23:57

Möhtəşəm su festivalı Mingəçevirdə - FOTOLAR

23 Aprel 2017 23:53

Türkiyədə futbolçu intihar edib

23 Aprel 2017 23:52

“Qaziantepspor”un futbolçusu intihar etdi

23 Aprel 2017 23:49

Yaşlandıqca uşaqlaşır, öldüyünə inanır

23 Aprel 2017 23:44

İŞİD-dən gözlənilməz hücum: 10 hərbçi həlak oldu

23 Aprel 2017 23:43

İkardi Vierinin 16 illik nəticəsini təkrarladı

23 Aprel 2017 23:42

Sakit okeanda ABŞ-Yaponiya birgə hərbi təlimləri başladı

23 Aprel 2017 23:28

Xəsarətlə nəticələnən yol qəzası baş verib

23 Aprel 2017 23:27

Avtomobil 60 yaşlı qadını vurdu - Biləsuvarda

23 Aprel 2017 23:24

İlk görüşdə seks faydalıdır

23 Aprel 2017 23:23

İŞİD silahlıları İraqda hərbi nəqliyyata hücum ediblər: 10 ölü, 20 yaralı

23 Aprel 2017 23:17

"Qarabağ" kuboku aldı

23 Aprel 2017 23:13

Ərinin 18 il əvvəlki fotosunu paylaşdı

23 Aprel 2017 23:12

İnsanları anında tanıyın

23 Aprel 2017 23:10

Adriana Lima yenə libası ilə diqqət çəkdi - FOTO

23 Aprel 2017 23:05

Ev əşyaları ilə birgə yandı

23 Aprel 2017 23:00

Fransada prezident seçkilərinin ilkin nəticələri açıqlandı

23 Aprel 2017 22:58

Gürcüstanda ağır qəza: 6 ölü, 1 yaralı

23 Aprel 2017 22:54

Hərbçilərin qisası PKK-dan alındı

23 Aprel 2017 22:53

Parisin mərkəzində etiraz aksiyası başlayıb

23 Aprel 2017 22:47

Qüdrət Həsənquliyev: “Son vaxtlar Konstitusiyaya zidd qanunlar qəbul edirik”

23 Aprel 2017 22:43

Fransa DİN-i Le Peni prezident seçkilərinin favoriti adlandırıb

23 Aprel 2017 22:42

Dünyanın ən gözəl qadını kimdir?

23 Aprel 2017 22:41

"Azərbaycan-Türkiyə-Rusiya formatı çərçivəsində əməkdaşlıq regionda sabitliyi möhkəmləndirəcək"

23 Aprel 2017 22:37

Serialın baş qəhrəmanını bir də belə görün - FOTO

23 Aprel 2017 22:32

"Fənərbaxça" "Qalatasaray"ı belə məğlub etdi

23 Aprel 2017 22:29

Partlayışda ölən ATƏT əməkdaşının adı açıqlandı

23 Aprel 2017 22:28

Statistika Komitəsi həyəcan təbili çaldı: QIZLARI ÖLDÜRÜRLƏR

23 Aprel 2017 22:18

Bakı-2017: "Xəzərdən başlayan səyahət" Mingəçevirə yetişib - FOTO

23 Aprel 2017 22:17

Azərbaycan yığmasının futbolçusu Slovakiya çempionu olub

23 Aprel 2017 22:12

Sizə sevgili lazımdır?

23 Aprel 2017 22:11