Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Florida ştatında üç qadının qatili edam olunub

Florida ştatında üç qadının qatili edam olunub

Date: 8 January 2016 13:43


Bakı, 8 yanvar, AZƏRTAC
ABŞ-ın Florida ştatının rəhbərliyi yanvarın 7-də üç qadının qətli ilə bağlı ölüm cəzasına məhkum olunan canini edam edib. Qubernator Rik Skott administrasiyası hökmün ölümcül inyeksiya vasitəsi ilə icra olunduğunu təsdiqləyib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, edam hökmünün icrası son anda 4 saatdan çox təxirə salınıb. 53 yaşlı Oskar Rey Bolin bu imkandan yararlanaraq əfv olunması üçün müraciət etsə də, ABŞ Ali Məhkəməsi onun müraciətini rədd edib.
Bolin 1986-cı ildə 26 yaşlı Terri Linn Metyus, 17 yaşlı Stefani Kollins və 25 yaşlı Natali Hollini qətlə yetirməkdə günahkar bilinərək ölüm cəzasına məhkum olunmuşdu.
Xatırladaq ki, ABŞ-ın 31 ştatında ölüm cəzası hələ də qalır. Bu ilin aprel ayına olan məlumata görə, Birləşmiş Ştatlarda 3002 nəfər edam cəzasını gözləyir. Ölkədə ölüm hökmünün icrasının yenidən tətbiq olunduğu 1976-cı ildən 2015-ci ilin sentyabrınadək 1414 nəfər edam edilib. Ölüm hökmləri əsasən ölümcül inyeksiya vasitəsi ilə icra olunur.

Tags:  Florida ştatında üç qadının qatili edam olunub


RƏYLƏR


Top news