46 yaşlı Cennifer Lopez gözəllik sirlərini açdı - FOTO

46 yaşlı Cennifer Lopez gözəllik sirlərini açdı - FOTO
13:47 8 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

İki uşaq anası, 46 yaşlı Cennifer Lopez gözəllik sirləri haqqında danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Cey Lo "US Weekly" jurnalına gözəlliyini qorumaq üçün həddən çox əziyyət çəkdiyini deyib. O, ilk növbədə alkoqol və siqaretdən uzaq durduğunu vurğulayıb:

"Yaşlanmaq insanın dərisinə mütləq təsir edir. Qidalanmamda göyərtilərə çox üstünlük verirəm. Əkizlərim də, yaxşı ki, göyərtini xoşlayırlar. Evimizdə ən çox yediyimiz şeylər brokoli, Brüssel kələmi, qulançar (mərəçüyüt) və digər tərəvəzdir".

Yemək bişirməyi sevən Cennifer tez-tez mətbəxə girir:

"Çoxlu yemək bişirirəm. Xüsusilə də, Puerto-Riko yeməklərini..."

İfaçı dərini günəşdən qorumanın vacibliyini də qeyd edib:

"Heç zaman günəşin altında çox qalmıram. Elə hallar vacib olanda isə mütləq qoruyucu kremlər çəkirəm".

Lopez hər zaman fürsət tapmasa da, 10 saat yatmağın ona çox yaxşı təsir etdiyini deyib. O, bəzən 7 saatla kifayətlənməli olur.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/396229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR