Ekologiya və Təbii Sərvətlər Nazirliyi Neftçalada balıqçıların etirazı ilə bağlı rəsmi məlumat yayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Neftçalada balıqçıların etirazı ilə bağlı rəsmi məlumat yayıb
13:52 8 Yanvar 2016
34 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 8 yanvar. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi Neftçalada balıqçılar etirazı ilə bağlı rəsmi məlumat yayıb.
Nazirliyin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktoru Rasim Həsənov "Report" a bildirib ki, onlar qanunsuz balıq ovu ilə məşğul olanlardı: "Bu o deməkdir ki, tərəfimizdən balıq ovu ilə məşğul olanların , brakonyerliyin qarşısı alınır.
Yəni biz qanun çərçivəsində bu şəxslərdən tələb edirik ki, qanuni prosedurlara əməl etsinlər, sadələşdirilmiş qaydada balıq ovlama bileti alsınlar. Bizim tələbimiz balıq ovu ilə məşğul olanlardan bundan ibarətdir hər şeyi qanuni qaydada həll etmək mümkündür. Bir daha qeyd edirəm, hər bir balıqçı qanuna müvafiq qaydada balıq ovlama bileti alsın".
R.Həsənov həmçinin bildirib ki, bununla razılaşmayanlar, bunu təşkil edənlər rayonda qanunsuz balıq ovuna himayədarlıq edənlərdi: "Digər tərəfdən biz bu qanuni tələbləri irəli sürməyə bilərik amma brokonyerlik baş alıb gedəndə deyilməsin ki, siz hara baxırsınız. Amma bu çıxış yolu deyil balıqçılar yerlərdəki qanunsuz balıq ovuna dəstək verən və belə aksiyalar təşkil edən bəzi himayədarların fitnəsinə getməsinlər. Hər kəs sadəcə qanuni tələblərə əməl etməlidir"
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Neftçala şəhərində baş verib. Rayonun Mayak, Kürkənd, Qoltuq və digər kəndlərdən olan 100 nəfərə yaxın balıqçı şəhərdə bir yerə toplaşaraq etiraz aksiyası keçiriblər. Buna səbəb Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ilişkən torlarla balıq ovuna qadağanın qoyulması olub. Hadisə yerinə ETSN-nin nümayəndələri gələrək aksiya iştirakçıları ilə danışıqlar aparıblar. Bundan sonra balıqçılar dağılışıblar.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/ekologiya-ve-tebii-servetler-nazirliyi-neftcalada-baliqcilar-etirazi-ile-bagli-resmi-melumat-yayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR