Azərbaycan ilk dəfə “Optimist” qayıqları üzrə Avropa çempionatında iştirak edəcək VİDEO

Azərbaycan ilk dəfə “Optimist” qayıqları üzrə Avropa çempionatında iştirak edəcək VİDEO
13:53 8 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, AZƏRTAC
2016-cı ilin yayında yelkənli idman növünün Olimpiya siniflərindən olan “Optimist” qayıqları üzrə İtaliyada Avropa çempionatı keçiriləcək. Azərbaycan ilk dəfə Avropa çempionatında iştirak edəcək.
Azərbaycan Yelkənli İdman Federasiyasından (AYİF) AZƏRTAC-a bildiriblər ki, çempionatda ilk dəfə olaraq ölkəmizin idmançıları güclərini sınayacaqlar. Hazırda AYİF-nin Optimist sinfi üzrə yığma komandasının yeniyetmə idmançıları Avropa çempionatına hazırlıq məqsədi ilə Türkiyənin Bodrum şəhərində təlim-məşq toplanışı keçirlər.
Yanvarın 10-dək 8 oğlan və 2 qızdan ibarət, ümumi 10 idmançımızın iştirak etdiyi “Optimist & Laser” adlı təlim düşərgəsi və reqatası federasiyanın yelkənli idman əlaqələndiricisi Burcu Algon Giorgianni, məşqçilər Seyhun Yıldız və Tərlan Namazovun rəhbərliyi altında keçirilir.
Bodrumda keçirilən hazırlıq prosesində Selcan Abbas, Bengisu Musayeva, Cavid Kərimov, İsmail Kərimov, Murad Allahverdi, Razim Qafarov, Fərid Məmmədzadə, Murad İsmayılov, Rafiq Orucov və Fəqan Məmmədzadə iştirak edirlər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ilk_defe_Optimist_qayiqlari_uzre_Avropa_chempionatinda_istirak_edecek_VIDEO-916908

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR