"Sevgidən danışacaq yaşım keçib"

"Sevgidən danışacaq yaşım keçib"
13:56 8 Yanvar 2016
65 Şou
Ölkə mətbuatı
A- A+

“Mənim sevgidən danışacaq yaşım keçib. İnsanlar dediyim ifadələri yanlış başa düşürlər”.

Bu sözləri Axşam.az-a açıqlamasında xalq artisti Firəngiz Mütəllimova deyib. Aktrisa bir müddət əvvəl dediyi "Oktyabrda İnstaqramda elə bir açıqlama yazacam ki, hamı təəccüblənəcək" ifadələrinə aydınlıq gətirib:

“Bir müddət əvvəl İnstaqramda maraqlı açıqlama edəcəyimi bildirmişdim. Amma gördüm ki, insanlar məni yanlış başa düşür. Hamı bunu sevgi etirafına yozdu. Bəlkə mən bacıma, onun qızına, oğluna olan sevgimdən yazacaqdım? Dediyim sözlərdən sonra verilən reaksiyalar xoşuma gəlmədi. Mənim sevgim ailəmədir, bacıma, onun övladlarınadır. "Şəxsi həyat" ifadəsinə insanlar başqa anlam verirlər”.

F.Mütəllimova yeniliklərindən də bəhs edib:

“Bilirsiniz ki, “azdrama”da direktor dəyişdi. Bu il yeni tamaşa gözləyirəm. Tamaşaçıların qarşısına yeni obrazla çıxacam. Film təklifləri alıram, hələ ki fikirləşirəm. Serial təklifi olsa da, qəbul etmirəm. Məncə tamaşaçı bir aktrisanı bir neçə serialda görsə, yorular. “Bacanaqlar” serialı, teatr və universitetdəki fəaliyyətim bütün vaxtımı alır”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43859

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR