Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mişel Platini FİFA prezidentliyinə namizədliyindən rəsmən geri çəkilib

Mişel Platini FİFA prezidentliyinə namizədliyindən rəsmən geri çəkilib

Date: 8 January 2016 14:03


Bakı, 8 yanvar, AZƏRTAC
Futbol fəaliyyətindən səkkiz il müddətinə kənarlaşdırılan UEFA-nın sabiq rəhbəri Mişel Platini FİFA prezidentliyinə namizədliyindən rəsmən geri çəkilib.
AZƏRTAC “L Equipe” idman nəşrinə istinadla xəbər verir ki, Platini bütün diqqətini ona qarşı yürüdülən ittihamlarla mübarizəyə yönəltmək əzmindədir. Məhz bu səbəbdən o, belə bir addıma əl atıb.
“Mənə qarşı aparılan korrupsiya ittihamlarına diqqətimi cəmləmək üçün namizədliyimi geri götürdüm. Yozef Blatter vəzifəsindən gedəndə sonra məni yüz milli federasiya dəstəklədi. Eləcə də daha əlli federasiyadan da rəsmi məktub aldım. Hazırda mən təkcə bir şey haqda düşünürəm. Tezliklə Beynəlxalq İdman Arbitraj Məhkəməsində və Domeniko Skalanın rəhbərliyi altında komissiyada araşdırma aparılacaq”, - deyə o bildirib.
Qeyd edək ki, FİFA prezidentliyinə seçkilər fevralın 26-da İsveçrənin Sürix şəhərində keçiriləcək.

Tags:  Mişel Platini FİFA prezidentliyinə namizədliyindən rəsmən geri çəkilib


RƏYLƏR


Top news