ADİU-da “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında görüşlər

ADİU-da “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında görüşlər
14:03 8 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında görüşlərə start verilib. Təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən təşkil olunan ilk görüşdə təhsil mütəxəssisləri və QHT nümayəndələri qış imtahan sessiyasının gedişini izləyiblər. Müşahidəçilər sonda ADİU-nun rektoru, professor Ədalət Muradovla görüşüblər.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə universitetin innovativ metodlarla idarə edildiyi və bunun dövrün tələblərinə cavab verən mütəxəssis hazırlığı üçün mühüm şərtlərdən biri olduğu diqqətə çatdırılıb. Müşahidəçilər universitetdə tələbə biliyinin qiymətləndirilməsində yeni mərhələyə qədəm qoyulduğunu söyləyib, bu təcrübənin digər ali məktəblərdə də tətbiq olunmasını məqsədəuyğun hesab ediblər. Biliyi düzgün qiymətləndirməyin dövlətə ən böyük xidmət olduğunu deyən qonaqlar həm də ADİU-nun elektron universitetə çevrilməsinin dövlətin elektron hökumət siyasətinin həyata keçirilməsinə dəstək olduğunu vurğulayıblar. Beş yüz tələbənin bir saat ərzində imtahan verməsi və elektron apelyasiya tələbənin vaxtına qənaət etməsində mühüm amil kimi dəyərləndirilib.
Fevralın 1-dək davam edəcək qış imtahan sessiyası müddətində tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin müşahidəçi qismində iştirakı üçün ADİU-da bütün şərait yaradılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADIU_da_Bilik_seffaf_ve_obyektiv_qiymetlendirilmelidir_devizi_altinda_gorusler-916912

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR