Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azərbaycan vətəndaşlarına viza tətbiqindən söhbət gedə bilməz" - Türkiyə XİN

"Azərbaycan vətəndaşlarına viza tətbiqindən söhbət gedə bilməz" - Türkiyə XİN

Date: 8 January 2016 14:04

 

 

“Azərbaycan vətəndaşlarına viza tətbiqindən söhbət gedə bilməz”.

 

Bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Tanju Bilgiç keçirdiyi mətbuat konfransında APA-nın Türkiyə müxbirinin sualına cavabında deyib. “Türkiyə Azərbaycan vətəndaşlarına yeni viza rejimi tətbiq etməyəcək, həmçinin, Azərbaycan vətəndaşlarının Türkiyədəki 1 aylıq yaşama müddətinə də məhdudiyyət gətirilməyəcək. Yəni Azərbaycanla bağlı indiyə qədərki durumda heç bir dəyişiklik nəzərdə tutulmayıb” – deyə, o bildirib.

 

Qeyd edək ki, Türkiyə mətbuatı Avropa İttifaqı ilə imzalanan viza sadələşdirilməsi və readmissiya sazişi çərçivəsində 2016-cı ilin iyun ayından etibarən Aİ üzvü olmayan 89 ölkəyə, o cümlədən Azərbaycana viza rejimi tətbiq edəcəyi ilə bağlı məlumat yayıb.


Tags:  Azərbaycan vətəndaşlarına viza tətbiqindən söhbət gedə bilməz Türkiyə XİN

RƏYLƏR


Top news