Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanda bir universitetin 19 kafedrası bağlanır

Azərbaycanda bir universitetin 19 kafedrası bağlanır

Date: 8 January 2016 14:05

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) struktur dəyişikliyi aparılacaq və 19 kafedra bağlanacaq.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedraları bağlanır  - Metbuat.az report.az-a istinadən bildirir ki, ADNSU-nun rektoru Mustafa Babanlı bildirib ki, universitetdə kafedraların birləşdirilməsi işləri gedir: "Hazırda universitetdə 47 kafedra var. Fevral ayında kafedraları birləşdirəcəyik. Birləşmədən sonra 28 kafedra qalacaq".

Onun sözlərinə görə, hazırda universitetin laboratoriyaları da yenilənir. Rektor deyib ki, ADNSU-da semestr imtahanlarının gələcəkdə şifahi formada götürülməsi planlaşdırılır: "Bunun üçün müəllimlərin dürüst olduqlarına, prosesin şəffaf keçəcəyinə tam əmin olmalıyıq. Bu il universitetdə qeyd edilən məsələ ilə bağlı bir eksperiment keçirmişik. Universitet üzrə 700 müəllimdən ancaq 14-ü şifahi imtahan götürmək üçün seçilib. Dekanlıqlar onların işinə qarışmırlar. O müəllimlər tələbənin sevimliləridir, çünki onlar düzgün, təmiz və rüşvətdən uzaq təhsil işçiləridir".

Rektorun sözlərinə görə, növbəti seçimlərdə şifahi imtahan götürən müəllimlərin sayının çoxalacağı istisna deyil: "İmtahan götürən müəllimlər ictimai rəyə əsasən seçilib".


Tags:  Azerbaycan Dovlet Neft ve Senaye Universiteti Azerbaycan Dovlet Neft ve Senaye Universiteti kafedralar Azerbaycan Dovlet Neft ve Senaye Universitetinin kafedralari baglanir kafedralar baglanir Mustafa Babanli

RƏYLƏR


Top news