Belçika prokuroru ölkədə terror aktı törədiləcəyi haqda xəbərdarlıq edib

14:12 8 Yanvar 2016
11 Dünya
Ölkə mətbuatı
A- A+

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Belçikanın Federal prokuroru Frederik Van Lev bildirib.
O qeyd edib ki, Belçikada terrorçular yanvarın 15-i tarixinə böyük önəm verirlər: "Bu onlar üçün simvolik tarixdir. Biz bunu bilirik. 2015-ci il yanvarın 15-də ölkənin cənub-şərq hissəsində yerləşən Vervye şəhərində keçirilmiş irimiqyaslı antiterror əməliyyatı zamanı terrorçularla silahlı toqquşma olmuşdu. Onda iki terrorçu zərərsizləşdirlmiş, 8-i isə tutulmuşdu".
Məlumata görə, həmin günlərdə Vervyedə keçirilən axtarış-əməliyyat tədbirləri nəticəsində terrorçu qruplaşma üzvlərinin Belçikanın dəvlət təhlükəsizlik xidməti və polis idarəsinin binasına hücum edəcəyi müəyyənləşmişdi.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/belcika-prokuroru-olkede-terror-akti-toredileceyi-haqda-xeberdarliq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR