Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İsveçin poçt təyyarəsi Norveçlə sərhəddə qəzaya uğrayıb, pilotlar itkin düşüb

İsveçin poçt təyyarəsi Norveçlə sərhəddə qəzaya uğrayıb, pilotlar itkin düşüb

Date: 8 January 2016 14:22

Bakı. 8 yanvar. REPORT.AZ/ İsveçin "West Atlantic" şirkətinə məxsus poçt təyyarəsi Oslodan Tromseyə uçarkən qəzaya uğrayıb. "Report" TASS-a istinadən xəbər verir ki, hadisə cümə gününə keçən gecə İsveç-Norveç sərhəddi yaxınlığında baş verib.
"Bombardier CRJ200" təyyarəsi yerli vaxtla təxminən saat 1-də Norveçin Bude şəhərindən 120 km şimalda qəfildən radarlardan itib. İsveç Dövlət Aviasiya İdarəsindən verilən məlumata görə, təyyarə naməlum səbəbdən qəfildən yüksəkliyi itirməyə başlayıb və yüksək sürətlə yerə çırpılıb.
Təyyarənin iki pilotu itkin düşüb.
İsveç Hava Xilasetmə Xidmətinin nümayəndəsi Daniel Lindbladın sözlərinə görə, hadisə yerinə İsveç HHQ-nin F-16 təyyarələri, İsveç və Norveçin xilasetmə helikopterləri yollanıb, amma relyefin özəlliklərinə görə orada yerə enmək çox çətindir. Odur ki, axtarışlar havadan davam etdirilir.

Tags:  İsveçin poçt təyyarəsi Norveçlə sərhəddə qəzaya uğrayıb pilotlar itkin düşüb

RƏYLƏR


Top news