Bərdədə ər arvadını yatdığı yerdə bıçaqladı - FOTO

Bərdədə ər arvadını yatdığı yerdə bıçaqladı - FOTO
14:27 8 Yanvar 2016
107 Digər
Ölkə mətbuatı
A- A+

Bərdədə ər arvadını yatdığı yerdə amansızca qətlə yetirib. 3 uşağı olan kişi qaçsa da, valideynləri onu polisə təhvil veriblər. Milli.Az anspress-ə istinadən bildirir ki, hadisə rayonun Tumaslı kəndində qeydə alınıb. Kənd sakini Zülfüqar Rəhimov saat 06 radələrində həyat yoldaşı Gülnaz Rəhimovanı yatdığı çarpayıdaca bıçaqlayıb. 

Kənd sakinlərinin verdikləri məlumata görə, bıçaq zərbələrindən biri Gülnaz Rəhimovanın boynunun sağ hissəsinə, digəri isə döş qəfəsinin sağ hissəsinə dəyib. 

Səsə oyanan Zülfüqar Rəhimovun valideynləri kənd sakinlərinin köməyi ilə yaralını xəstəxanaya çatdırıblar. Buna baxmayaraq çoxlu qan itirən yaralının həyatını xilas etmək mümkün olmayıb. 

Zülfüqar Rəhimov hadisəni törətdikdən sonra qaçsa da valideynləri onu taparaq polisə təhvil veriblər. Yaxınlarının sözlərinə görə, 35 yaşlı Zülfüqar Rəhimov əsəb xəstəsidir. 

Müalicə həkimi İlham Süleymanovun verdiyi məlumata görə, Zülfüqar Rəhimovun kifayət qədər ciddi psixoloji problemləri olub. Gülnaz və Zülfüqar Rəhimovların 3 azyaşlı övladı var. 

Hadisə yerində prokurorluq və polis əməkdaşları araşdırma aparırlar.

Qətlin törədildiyi yerə Bərdə Rayon Prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəliblər. Hadisə yerində müayinə aparılıb. Hazırda baş vermiş faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma davam edir.

Bənzər hadisə bir neçə gün öncə Füzulidə də baş verib. Bala Bəhmənli kənd sakini Gəncəvi Sadıqov həyat yoldaşı Vüsalə Sadıqova ilə mübahisə edib. Vüsalənin yaxınlarının sözlərinə görə, G.Sadıqov əvvəlcə otaqda çörək bişirmək üçün xəmir hazırlayan həyat yoldaşına bir neçə yumruq zərbəsi endirib. Daha sonra əlinə keçən bıçaqla elə övladlarının gözü qarşısında onun boyun nahiyəsinə bir zərbə vurub.
Gəncəvi Sadıqov içki aludəçisi olub. "Qadına deyib ki, mənə pul ver, araq almağa gedirəm. Uşaqların dediyinə görə, qadının əli xəmirlı olub, o deyib, əlimi təmizləyim, səbrin olsun, verəcəm. Bu da səbr etməyib, götürüb vurub onu", - deyə mərhumun qohumu Qiyas Həsənov bildirib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR