Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Təyyarə qəzaya düşdü, pilotlar axtarılır

Təyyarə qəzaya düşdü, pilotlar axtarılır

Date: 8 January 2016 14:59

İsveçin "West Atlantic" şirkətinə məxsus poçt təyyarəsi Oslodan Tromseyə uçarkən qəzaya uğrayıb.

Report.az TASS-a istinadən xəbər verir ki, hadisə cümə gününə keçən gecə İsveç-Norveç sərhədi yaxınlığında baş verib. "Bombardier CRJ200" təyyarəsi yerli vaxtla təxminən saat 1-də Norveçin Bude şəhərindən 120 km şimalda qəfildən radarlardan itib. İsveç Dövlət Aviasiya İdarəsindən verilən məlumata görə, təyyarə naməlum səbəbdən qəfildən yüksəkliyi itirməyə başlayıb və yüksək sürətlə yerə çırpılıb.

Təyyarənin iki pilotu itkin düşüb.

İsveç Hava Xilasetmə Xidmətinin nümayəndəsi Daniel Lindbladın sözlərinə görə, hadisə yerinə İsveç HHQ-nin F-16 təyyarələri, İsveç və Norveçin xilasetmə helikopterləri yollanıb, amma relyefin özəlliklərinə görə orada yerə enmək çox çətindir. Odur ki, axtarışlar havadan davam etdirilir.


Tags:  teyyare qezaya ugrayib teyyare qezasi

RƏYLƏR


Top news