Cahangir Novruzova həsr olunan sənədli filmin birinci bölümünün çəkilişləri başa çatıb

Cahangir Novruzova həsr olunan sənədli filmin birinci bölümünün çəkilişləri başa çatıb
14:37 8 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycanın görkəmli teatr və kino aktyoru, əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov haqqında Türk televiziyasının çəkdiyi sənədli filmin birinci bölümünün çəkilişləri sona çatıb.
Bu barədə "Report"a filmin quruluşçu rejissoru və prodüsseri Nəcibə Abbasova məlumat verib. Onun sözlərinə görə, film Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Sinema İdarəsi Müdirliyinin sifarişi ilə çəkilir.
Onun sözlərinə görə, "2 Dil 1 Harmoni" adlı bioqrafiq sənədli filmin iki baş qəhrəmanı var: "Onlardan biri Cahangir Novruzov və səyahətçi xarakterini canlandıran aktyor Emre Özmen. Filmin adının ideyası Stanislavskinin "Yaradıcı ruhun halı" deyimindən irəli gəlir. Filmdə Cahangir Novruzovun ailə kökləri, babası Cahangir Zeynalov, anası, Azərbaycanın qüdrətli sənətkarı Nəsibə Zeynalova və 130 ildir Azərbaycan səhnəsində olan ailə şəcərəsindən bəhs edilir".
N.Abbasova bildirib ki, filmin çəkilişləri 9 ay davam edib. Rejissor qeyd edib ki, 2014-cü ilin avqust-sentyabr aylarında başlayan çəkilişlərdən sonra filmin birinci bölümünün lentə alınması başa çatıb: "Bir saat 17 dəqiqəlik filmdə həm Türkiyə, həm də Azərbaycanın tanınan, sayılıb-seçilən mədəniyyət və incəsənət xadimləri Cahangir Novruzov barədə ürək sözlərini söyləyiblər".
Onun sözlərinə görə, Azərbaycanda aparılan çəkilişlər Bakıda - Akademik Milli Dram Teatrında, "Azərilmə" MMC-də, AzTV-də, Fəxri Xiyabanda baş tutub. Filmdə Azərbaycanın Türkiyədə fəaliyyət göstərən tanınmış sənət adamları - professor Ramiz Məlikaslanov, İslam Manafov, Fərid Adıgözəlzadə, Toğrul Qəniyev, Azərin və başqalarının fikirlərini, C.Novruzov haqda ürək sözlərini söyləyiblər. 
Cahangir Novruzov isə bildirib ki, filmi tam variantda hələ görməyib, amma franqmentləri ilə tanış olub. 
Onun sözlərinə görə, bioqrafiq sənədli filmin xronometrajı əvvəlcə 45 dəqiqə nəzərdə tutulsa da, çəkilişlər 3 saat yarım davam edib: "Bu səbəbdən ilk bölüm 1 saat 17 dəqiqədir. Mən hələlik filmi görməmişəm. Sadəcə hissələrə baxmışam. Filmin rejissoru Nəcibə Abbasova əslən azərbaycanlıdır. Lakin uzun illərdir Türkiyədə yaşayır. Çəkilişlərdə gənc rejissora AzTV və Şəki Televiziyasının böyük köməkliyi olub. Azərbaycandakı çəkilişlər bizim operatorların əməyi sayəsində başa gəlib. Bu səbəbdən də adı çəkilən televiziyaların rəhbərliklərinə minnətdarlığımı bildirirəm. İkinci bölümün çəkilişləri Moskvada, Türkiyədə və Şəkidə aparılacaq. İkinci bölümdə dostlarım, Ramiz Həsənoğlu, Fuad Poladov, Şükufə Yusupova və Şəki teatrının aktyorları ürək sözlərini deyəcəklər. Moskvada olacaq çəkilişlərlə bağlı, dostum Yuli Qusmanla söhbətimiz olub. Hələlik bəzi maddi çətinliklərə görə, Moskva çəkilişləri saxlanılıb".
Qeyd edək ki, " 2 Dil 1 Harmoni" bioqrafiq sənədli filmin sujet xəttinə görə, aktyor olmağa qərar vermiş, bir gənc öz ustasını axtarıb tapır. Həmin gənc, ətrafdakı insanlardan Cahangir Novruzovun adını eşidir və ondan sənət dərsləri almaq istəyir. Çox gəzib, axtardıqdan sonra Cahangir Novruzovu tapır və onun tələbəsi olmaq istəyinə çatır.
Sənədli filmin Rusiya, Türkiyə və Azərbaycanda nümayişi nəzərdə tutulub.
Türk dilində çəkilən film ingilis dilində subtitrlərlə təqdim ediləcək. "2 Dil 1 Harmoni" filminin festivallara təqdim edilməsi nəzərdə tutulub. Film ilk növbədə "Altın Koza" və Altın Portakal" film festivalında nümayiş etdiriləcək. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanda ilk dəfə - "Mübarizlər" yarışı

24 Avqust 2017 12:58

ABŞ-dan İrəvana ŞOK: “Ərazilər qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır”

24 Avqust 2017 12:58

MHP sədri: “Bu, Türkiyə üçün müharibə səbəbi sayılmalıdır”

24 Avqust 2017 12:58

Rusiyanın xarici işlər naziri Qətər ətrafındakı vəziyyəti müzakirə etmək üçün Körfəz ölkələrinə səfər edəcək

24 Avqust 2017 12:57

Aİ nümayəndəliyinin yeni rəhbəri Bakıya sentyabrın ilk yarısında gələcək

24 Avqust 2017 12:52

Mübariz Qurbanlı Samuxda vətəndaşları qəbul edəcək

24 Avqust 2017 12:52

Azərbaycanın 4 qadın güləşçisi dünya çempionatında mübarizəyə qoşulur

24 Avqust 2017 12:52

Lev Leşenko: "Bakı dünyanın ən gözəl şəhərlərindən biridir"

24 Avqust 2017 12:47

Fazil Məmmədovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib

24 Avqust 2017 12:47

Cəlilabadda 4 otaqlı ev yanıb

24 Avqust 2017 12:44

İsrail - Azərbaycan oyununun vaxtı dəyişdirilib

24 Avqust 2017 12:42

BAKI: Əcnəbi vətəndaşın çantası oğurlandı

24 Avqust 2017 12:42

Bir nəfər göldə batdı - Neftçalada

24 Avqust 2017 12:39

Naz qol vuran futbolçunu otelə dəvət etmişdi

24 Avqust 2017 12:37

Dünyada ən sürətli smartfon bəlli olub

24 Avqust 2017 12:35

Gözəl Bayramlının apellyasiya şikayəti təmin edilməyib

24 Avqust 2017 12:32

39 dərəcə isti olacaq - SABAH

24 Avqust 2017 12:29

Yağış yağacaq, şimşək çaxacaq

24 Avqust 2017 12:29

DİM test imtahanının ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi

24 Avqust 2017 12:28

Vergilər Nazirliyi ƏDV ilə bağlı qərarında dəyişiklik edib

24 Avqust 2017 12:27

Sabah rayonlarda şimşək çaxacaq, yağış yağacaq

24 Avqust 2017 12:22

Ermənistanda gərgin siyasi vəziyyət

24 Avqust 2017 12:21

Xuraman Fatimə ilə qalmaqalından danışdı: “Arada söz gəzdirənlər...”

24 Avqust 2017 12:19

Türkiyəli ginekoloqdan tez hamilə qalmaq üçün QƏRİBƏ ÜSUL

24 Avqust 2017 12:18

Bakıda maşından 3400 manat oğurlanıb

24 Avqust 2017 12:17

ABŞ dörd ölkənin vətəndaşlarına viza verilməsini məhdudlaşdırmağı planlaşdırır

24 Avqust 2017 12:17

Qarabağ münaqişəsinin həllinə dair 6 element - Amerikalı həmsədrdən AÇIQLAMA

24 Avqust 2017 12:14

Qadınlar niyə "pis" oğlanları seçir?

24 Avqust 2017 12:14

Xırdalanda qarət məqsədi ilə evə girən şəxs tutulub

24 Avqust 2017 12:12

Sumqayıtda əcnəbi vətəndaşa məxsus çanta oğurlanıb

24 Avqust 2017 12:12

Avropa İttifaqının Azərbaycana yeni səfiri təyin olunub

24 Avqust 2017 12:09

Bu da Ayanın Türkiyədəki DƏBDƏBƏLİ EVİ - FOTO/VİDEO

24 Avqust 2017 12:08

"Qarabağ"ın qələbəsi erməniləri özündən çıxardı - FOTO

24 Avqust 2017 12:07

Gəncədə "Tarixlə addımla!”

24 Avqust 2017 11:58

Məhkəmə qətldə ittiham edilən şəxsə bəraət verdi

24 Avqust 2017 11:58

Qənirə Paşayeva: "Qurban Qurbanovla danışdım və..."

24 Avqust 2017 11:57

Dövlət Statistika Komitəsi açıq tender elan edib

24 Avqust 2017 11:57

SOCAR Gürcüstana 65 ton yanacaq verib

24 Avqust 2017 11:54

Hündürdaban ayaqqabı geyinən xanımların PROBLEMİ - “Halluks valgus”

24 Avqust 2017 11:53

Ağsuda beş uşaq atası amansızlıqla qətlə yetirilib

24 Avqust 2017 11:52

"Kim bahalı brilliant alsa, ona ərə gedəcəm"

24 Avqust 2017 11:52

Avtobusda dava düşdü, sərnişin sürücünü...

24 Avqust 2017 11:50

İŞİD bu ölkə üçün yeni qətliam söz verdi - VİDEO

24 Avqust 2017 11:48

Lalə Məmmədova solo konsert verəcək

24 Avqust 2017 11:48

Abşeronda dostlarını öldürən şəxslərdən birinin cəzası azaldılıb

24 Avqust 2017 11:47

Deputatdan şok açıqlama: "Qarabağ" məni maraqlandırmır"

24 Avqust 2017 11:47

Yataqxanada yanğın: 30 nəfər təxliyə edildi

24 Avqust 2017 11:44

Gəncədə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü həbs edilib

24 Avqust 2017 11:42

Qaliblərin Bakıda qarşılanması

24 Avqust 2017 11:42

İki nəfəri cərəyan vurub

24 Avqust 2017 11:39