Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Suraxanıda iki nəfərin ölümünə səbəb olan yanğınla bağlı cinayət işi başlanıb

Suraxanıda iki nəfərin ölümünə səbəb olan yanğınla bağlı cinayət işi başlanıb

Date: 8 January 2016 14:38


Bakı, 8 yanvar, AZƏRTAC
Paytaxtın Suraxanı rayonunda iki nəfərin ölümünə səbəb olan yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb.
Bakı Şəhər Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində çoxmənzilli yaşayış binasındakı mənzillərdən birində 1951-ci il təvəllüdlü Mikayıl Abbasov və onun həyat yoldaşı, 1951-ci il təvəllüdlü Zoya Abbasovanın yanmış cəsədləri aşkar edilib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertləri, polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir.

Tags:  Suraxanıda iki nəfərin ölümünə səbəb olan yanğınla bağlı cinayət işi başlanıb


RƏYLƏR


Top news