Belçikada terror xəbərdarlığı

Belçikada terror xəbərdarlığı
14:42 8 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

"Yanvarın 15-də Belçikada terror aktı törədilə bilər".

Milli.Az bildirir ki, Report TASS-a istinadən xəbər verir ki, bunu Belçikanın Federal prokuroru Frederik Van Lev bildirib.

O qeyd edib ki, Belçikada terrorçular yanvarın 15-i tarixinə böyük önəm verirlər: "Bu onlar üçün simvolik tarixdir. Biz bunu bilirik. 2015-ci il yanvarın 15-də ölkənin cənub-şərq hissəsində yerləşən Vervye şəhərində keçirilmiş irimiqyaslı antiterror əməliyyatı zamanı terrorçularla silahlı toqquşma olub. Onda iki terrorçu zərərsizləşdirilib, 8-i isə tutulub".

Məlumata görə, həmin günlərdə Vervyedə keçirilən axtarış-əməliyyat tədbirləri nəticəsində terrorçu qruplaşma üzvlərinin Belçikanın dövlət təhlükəsizlik xidməti və polis idarəsinin binasına hücum edəcəyi müəyyənləşib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR