Mançini Melonu cəzalandırır

Mançini Melonu cəzalandırır
14:52 8 Yanvar 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın "İnter" klubu mövsümün əvvəlində "Qalatasaray"dan transfer etdiyi Felipe Melo ilə yolları ayıra bilər.


Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu, braziliyalı oyunçunun intizamsızlığı ilə əlaqədardır. Melonun son olaraq "Latsio" ilə matçda penaltini yerinə yetirə bilməməsi və qırmızı vərəqə alması komandanın baş məşqçisi Roberto Mançininin narazılığına səbəb olub. Təcrübəli mütəxəssis Melonu cəzalandırmağa qərar verib.


İtaliya mətbuatı yazıb ki, Mançini əvvəlcə Melonun illik maaşını 5 milyon avrodan 2.8 milyon avroya endirilməsini istəyəcək. Əgər Melo bunu qəbul etməsə, mövsümün sonu onunla yollar ayrılacaq.


Xəbərdə o da qeyd olunub ki, Mançini mövsümün ikinci yarısında Meloya ilk 11-likdə şans verməyi düşünmür. Onu əvəzinə baş məşqçi Medel və ya Kondoqbayanı meydana çıxaracaq.


Əlavə edək ki, Mançinin Melonun yerinə komandaya "Marsel"den Lassana Diarranın transfer olunmasını planlaşdırır.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mancini-melonu-czalandrr-t46642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR