Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pentaqon: İŞİD-in neft gəlirləri 30 faiz azalıb

Pentaqon: İŞİD-in neft gəlirləri 30 faiz azalıb

Date: 8 January 2016 14:53


Bakı, 8 yanvar, Nihad Budaqov, AZƏRTAC 
Pentaqon ABŞ-ın liderliyi ilə koalisiya qüvvələrinin İŞİD-ə yönələn hava hücumları və “Zəlzələ dalğası-2” adı verilən əməliyyatlar nəticəsində terror təşkilatının neftdən əldə etdiyi gəlirinin 30 faiz azaldığını açıqlayıb.
AZƏRTAC “bbc.com”a istinadla xəbər verir ki, ABŞ-ın Təbii Dayanıqlılıq Əməliyyatının sözçüsü Stiven Varren hava hücumları nəticəsində İŞİD-in neft gəlirlərinin 30 faiz azaldığını deyib. S.Varren İŞİD-in 2015-ci ilin oktyabrından əvvəl ayda 47 milyon dollar neft gəliri əldə etdiyini bildirib.
Əməliyyatların İŞİD-in neft ticarəti infrastrukturunu hədəf aldığını deyən S.Varren hava əməliyyatından əvvəl terror təşkilatının gündəlik 45 min barrel neft çıxardığını bildirib. Hazırda isə bu rəqəm 34 min barrelədək azalıb.
Qeyd edək ki, İŞİD Suriya-Liviya və İraq arasında neft satışının həyata keçirildiyi geniş bir əraziyə nəzarət edir. Terror təşkilatının gəlirinin böyük həcmini neft satışı, insan alveri və qaçaqmalçılıq təşkil edir.

Tags:  Pentaqon İŞİD-in neft gəlirləri 30 faiz azalıb


RƏYLƏR


Top news