Ağrıkəsici dərmanlarda gizlənən ölüm təhlükəsi

Ağrıkəsici dərmanlarda gizlənən ölüm təhlükəsi
16:31 8 Yanvar 2016
136 Sosial
Ölkə mətbuatı
A- A+

Ağrıkəsiciləri və təxminən bir əsrdir istifadə edilən aspirin kimi dərmanları tez-tez və məlumatsız formada içmək ciddi sağlamlıq problemlərinə səbəb olur. Əgər ağrılarınız yüngüldürsə, təbii vasitələrdən istifadə etməyiniz məsləhətdir. Milli.Az lent.az-a istinadən ağrıkəsicilərlə bağlı mütəxəssis fikirlərini təqdim edir.

Həkim nəzarəti olmadan qəbul edilən ağrıkəsici dərmanlar uzun müddət istifadə edildikdə mədə və onikibarmaq bağırsaqda xora, qastrit, qanama və mədə deşiyinədək bir çox problemlərə səbəb ola bilər. Ağrıkəsici dərmanlar mədə və bağırsaqdan başqa, qalın və incə bağırsaqda qanama, qaraciyərdə toksik təsirlər yarada və böyrəklərə ziyan vura bilər. Buna görə də ağrıkəsicilərin istifadəsində diqqətli olmaq lazımdır. Çünki baş verən narahatlıqlar sizin səhhətinizə ciddi təsir edə bilər.

Bədənin hər hansı yerində olan problem bəzən ağrı kimi üzə çıxır. Ağrımayan orqan yox kimidir. Bunlar baş-boyun bölgəsi, döş və döş qəfəsi, ürək-damar sistemi, həzm sistemi, sidik sistemi və əzələ-skelet sistemidir. Ağrının hansı sistemdən qaynaqlanmasından asılı olmayaraq bəzən yüngül bir narahatlığın, bəzən də xərçəng kimi ciddi xəstəliklərin xəbərçisi ola bilər.


Ən çox qəbul edilən dərman

Çox zaman ağrı qəfildən və qısa bir zamanda özünü göstərir. Bu cür ağrılar insanda ilk dəfə də baş verə bilər, xroniki hal alaraq illərlə davam edən problemə də səbəb ola bilər. Bu cür səbəblərdən bir çox xəstələr ağrılarını aradan qaldırmaq üçün ağrıkəsici dərmanlara müraciət edirlər. Bütün dünyada yayılmış dərmanlar arasında ağrıkəsicilər birinci yerdədir. Ağrıkəsicilər təsir maddələrinə görə 10-dan çox qrupa bölünür. Bunların bir hissəsi yüngül ağrıkəsicilər sinfinə daxildir, bir qismi isə morfi kimi çox güclü ağrıkəsicidir. Tarixə nəzər saldıqda məlum olur ki, hələ Hippokrat dövründən ağrıkəsicilərdən istifadə edilib. Ağrıkəsicilər bütün dünyada hər il milyonlarla qutu satılır. Lakin hər hansı ağrı olduğu zaman ilk ağıla gələn və istifadə edilən bu dərmanlar məlumatsız formada qəbul edildikdə bir çox əks-təsirlərə səbəb olur. Dünyada bu mövzu ilə bağlı aparılan bir çox elmi araşdırmalar ağrıkəsicilərin səbəb olduğu əks-təsirlərin günü-gündən çoxaldığını sübut edir.

Həzm sistemini alt-üst edir
 
Həkimlər ağrıkəsicilərin həzm sisteminə də mənfi təsir göstərdiyini deyirlər. Bəzi xəstələrdə ağrıkəsici istifadəsindən sonra çox zaman yüngül, bəzilərində isə güclü həzm problemi yaranır. Bəzi vaxtlar isə mədə, onikibarmaq bağırsaq qanamalarına səbəb olur. Odur ki, bədəndə yaranan yüngül bir ağrıya görə həmin dəqiqə dərman istifadə etməyin. Ağrının şiddəti çox deyilsə, səssiz, qaranlıq bir otaqda yatmaq, rahatlandırıcı bitki çayı içmək, başı soyuq olmayan dəsmalla sarımaq və ya açıq havada yerimək məsləhətdir. Əgər xəstədə ağrıdan başqa, qusma, görmədə zəiflik kimi əlamətlər varsa, bu, beyin xəstəliklərinə işarədir. Bu cür vəziyyətdə vaxt itirmədən həkimə müraciət etmək lazımdır. 
 
Həddən çox istifadə
 
Ağrıkəsicilər böyrəklərə də əks-təsirsiz ötüşmür. Mədə və bağırsaq sistemində olduğu kimi böyrəklərdə də qanamanı artıran prostoqlandinləri azaldır. Qanlanması azalan böyrəklərdə qlomerulyar filtrasiya azalaraq bədəndə duzlaşmaya və təzyiqin yüksəlməsinə səbəb olur. Başqa dərmanlarla birgə qəbul edildikdə isə böyrəyin fərqli bölgələrinə zərərli təsiri artır. Vaxt keçdikcə isə böyrək çatışmazlığına səbəb olur və dializdən asılı hala gəlir və ya böyrək nəqlinə ehtiyac yaranır. Böyrək çatışmazlığı komaya düşmə və ölümə də gətirib çıxara bilər.
 
Toksik hepatitə səbəb olur

 
Ağrıkəsicilər xroniki və iltihabi bağırsaq xəstəliyi olanlara da olduqca ziyandır. Nəzarətsiz istifadə bu xəstəliklərin alovlanmasına səbəb olur. Ümumiyyətlə, bütün dərmanlar qaraciyərdə metabolizmə edildiyi üçün ya dərmanın özü, ya da metabolitləri qaraciyər hüceyrələri, öd yolları və ya qaraciyərin damarlarında arzuedilməz əks təsirlər yarada bilər. Bunu toksik hepatit də adlandırmaq olar. Toksik hepatit səbəbindən bəzi xəstələr xroniki hepatit, qaraciyər serrozuna tutula və ya qaraciyər komasına düşə bilər. Nəticədə isə xəstəyə qaraciyər nəqli ehtiyacı yaranar. Bu hal hətta ölümə də səbəb olur.
 
Allergiyanız varsa...
 
Bütün dərmanların allergiya təsiri olduğu sirr deyil. Ağrıkəsicilər də insanlardan asılı olaraq müxtəlif allergik təsir göstərə bilər. Bəzi xəstələr həddən çox həssas olduqları üçün və ya ilk dəfə istifadə etdiyi dərmandan asılı olaraq qəfil allergik reaksiyalar müşahidə edilə bilər. Bəzi xəstələrdə isə allergik reaksiyalar gec müşahidə olunur, yəni dərmanın istifadəsindən bir müddət sonra. Əlamətlər dəridə səpki formasında və qaşınma kimi özünü göstərir. Daha şiddətli forması isə dəridə şiş və yaraların yaranmasıdır. Bəzi xəstələr isə allergiyadan ciddi şok halına da düşə bilər.       
 
Ürək çatışmazlığı və ölüm...
 
Aspirin kimi aşağı dozalı ağrıkəsicilər də ürək çatışmazlığı riskini artırır. Xüsusən də ürək xəstəliyi olan insanlarda bu risk daha yüksəkdir. Buna görə də ağrıkəsicilərdən necə gəldi istifadə etmək güclü ürək xəstəliyi və hətta ölümə səbəb ola bilər. Bunlarla yanaşı, bəzi ağrıkəsicilər təzyiq dərmanlarının da təsirini azaldır. Ağrıkəsicilərdən istifadə etmək  hamiləlik zamanı da risklidir. Çox nadir səbəbləri çıxmaq şərtilə hamiləlikdə analoji dərmanlardan istifadə etmək olar. Bu cür dərmanlar körpənin qidalanmasında cavabdeh olan qan damarlarının da qapanmasına səbəb ola bilər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib

30 May 2017 13:55

Telman İsmayılovun mənzillərinə toxunmadılar

30 May 2017 13:52

MBNP "Atabank"ı nəzarətə götürüb

30 May 2017 13:52

Nişanından qayıdarkən ailəsi ilə qəzaya düşdü: anası və bacısı sağ qaldı - FOTO

30 May 2017 13:52

Nazir müavini: İşsizliyin azalaraq 5 faizə enməsinə nail olunub (FOTO)

30 May 2017 13:50

Keçmiş məhkum silahla yaxalanıb

30 May 2017 13:50

Elman Rüstəmov: Azərbaycanda uçot dərəcəsinə təkrar baxılacaq

30 May 2017 13:50

Manatın dollara nisbətdə orta çəkili məzənnəsi

30 May 2017 13:49

Xəyal REALLIĞA ÇEVİRİLİR: evlər “ağıllanıb” bu funksiyanı yerinə yetirəcək - FOTO

30 May 2017 13:48

Valideynlər: "Savadsız müəllimlər övladlarımıza dərs deməsin" - VİDEO

30 May 2017 13:47

Praqada AŞPA-nın Daimi Komitəsinin iclası keçirilir

30 May 2017 13:42

Qlobal korrupsiyanın illik həcmi 2 trln. dollara çatır

30 May 2017 13:42

Avropa Komissiyasının vitse-prezidenti: "Xəzər qazının Avropa bazarına çatdırılması reallığa çevrilir"

30 May 2017 13:42

Şimali Koreya ABŞ-ı HƏDƏLƏDİ: “Bizi buna məcbur etməyin”

30 May 2017 13:38

Bakıda avtobusda beli qırılan 21 yaşlı qız... - Həkimi açıqladı

30 May 2017 13:37

“Standard Insurance”in lisenziyası ləğv edilə bilər

30 May 2017 13:37

AccessBank "15=12" kredit kampaniyasına başlayır

30 May 2017 13:36

Mayın 31-nə manatın dollara nisbətdə orta çəkili məzənnəsi

30 May 2017 13:36

​Milyarderin nəvələri

30 May 2017 13:35

Müğənni Damla SİRLƏRİNİ AÇDI: “Ağlı olan heç vaxt...” - FOTOLAR

30 May 2017 13:33

Nazirlik turistlərə MÜRACİƏT ETDİ

30 May 2017 13:32

FİFA Riçard Almeydanın Azərbaycan millisində oynamasına razılıq verib

30 May 2017 13:32

"Tarqovı"da qoyun gəzdirdilər - VİDEO

30 May 2017 13:32

“Araz supermarket”in işçilərinə qarşı cinayət törədilib

30 May 2017 13:32

İranda 5 min illik qəbristanlıq aşkarlanıb

30 May 2017 13:32

ATV-nin aparıcısı "Space"ə keçdi - FOTO

30 May 2017 13:32

İftarda necə qidalanmaq lazımdır?

30 May 2017 13:28

Avtomobillər üçün uşaq oturacağı alanda nələrə diqqət yetirmək lazımdır?

30 May 2017 13:27

Bakı Rusiya - Səudiyyə Ərəbistanı - İran üçbucağında...

30 May 2017 13:27

Şərif Ağayav Kulis.az-ın baş redaktoru təyin olunub

30 May 2017 13:24

Dünyada güc balansı dəyişdi – ABŞ-Almaniya QARŞIDURMASI

30 May 2017 13:23

Müdafiə Nazirliyi işçi axtarır

30 May 2017 13:22

İlin əvvəlindən 70 min miqrant dənizlə Avropaya gəlib

30 May 2017 13:22

Məşhur müğənni ilə aktyorun istirahətinə baxın - FOTO

30 May 2017 13:22

Donuz balaları üçün yaradılan, amma indi hamının arzuladığı AVTOMOBİL - FOTOLAR

30 May 2017 13:18

EBRD: Mərkəzləşdirilmiş agentliklərin yaradılmasına ehtiyac var

30 May 2017 13:17

Rüfət Aslanlı: “Kredit aktivliyi ilə bağlı dəqiq rəqəmlər açıqlamağa hazır deyilik”

30 May 2017 13:17

"İçerde" serialını izləyənlər, mütləq oxuyun!

30 May 2017 13:16

Almas İldırımın 110 illik yubileyi qeyd ediləcək

30 May 2017 13:15

Arvadı ilə birləşib dostunu doğradı, qanını içdi - FOTO

30 May 2017 13:12

Kafedəki masada bu halda öldü

30 May 2017 13:10

Arvadını öldürən keçmiş polisin məhkəməsində: "Qızımın qanı batır"

30 May 2017 13:09

"AtaSığorta"nın 3 yeni filialı açılıb

30 May 2017 13:08

NASA Yupiterdəki qasırğanın FOTOLARINI yaydı

30 May 2017 13:08

Prokuror keçmiş arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşına ağır cəza istəyib

30 May 2017 13:07

Gənclər üçün Təhsil Mərkəzi “Şanlı tarix - 99 il” “Twitter” aksiyası keçirib

30 May 2017 13:07

İyunun ilk gününün HAVAsı - XƏBƏRDARLIQ

30 May 2017 13:05

Ermənistan şirkətinin rəhbəri: "Ekvador bananını Azərbaycan üzərindən İrana idxal edəcəyik"

30 May 2017 13:05

MOSSAD gizli PLANI AÇDI: ABŞ qonşumuzu vurmaq üçün hərəkətə keçdi - DETALLAR

30 May 2017 13:03

IFC: Azərbaycan iqtisadi artım üçün yeni mənbələr axtarışındadır

30 May 2017 13:02