Türkiyənin "Peqasus Air" hava şirkəti Rusiyaya uçuşları dayandırıb

Türkiyənin "Peqasus Air" hava şirkəti Rusiyaya uçuşları dayandırıb
15:09 8 Yanvar 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Peqasus Airlines" hava şirkəti yanvarın 16-dək Rusiyaya uçuşları dayandırıb. "Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu haqda şirkət məlumat yayıb. 

Şirkət uçuşların dayandırılmasının səbəblərini açıqlayıb: "Rusiya yanvarın 1-dən Türkiyə hava şirkətlərinin ekipajlarına viza rejimi tətbiq edib, eləcə də şirkətin işçilərinə viza almaq üçün etdiyi müraciətlər cavabsız qalıb. Ona görə də yanvarın 16-dək Rusiyaya uçuşları dayandırırıq". 

Şirkətdən bildirib ki, Rusiyanın bu addımı beynəlxalq mülki aviasiya əməkdaşlığı qaydalarına ziddir. "Peqasus Airlines" sərnişinlərə biletlərin tam qiymətinin ödənilməsini, yaxud yanvarın 15-dən sonraya dəyişdirlməsini təklif edib.


Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyenin-peqasus-air-hava-sirketi-rusiyaya-ucuslari-dayandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR