Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Vaxtından əvvəl doğulan körpələrin yaşamaq ehtimalı artır

Vaxtından əvvəl doğulan körpələrin yaşamaq ehtimalı artır

Azərbaycana yaşamaq üçün gələnlər gedənlərdən çoxdur (25 Mart 2017 10:22)
Bir ayda 202 əkiz, 3 üçəm (16 Mart 2017 18:53)
Azərbaycanda oğlanların sayı artır (19 Fevral 2017 02:58)

Tarix: 8 Yanvar 2016 15:03


Bakı, 8 yanvar, AZƏRTAC 
Yanvarın 1-dən Azərbaycanda yeni diridoğulma meyarlarının tətbiqinə başlanılıb. Bununla əlaqədar Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) mütəmadi olaraq diridoğulmanın beynəlxalq meyarlarına keçidlə əlaqədar ictimai maarifləndirmə işləri həyata keçirir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Qızlar Universiteti, 1 nömrəli Bakı Tibb Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kollecində tələbə heyəti ilə İSİM-in həkim və kommunikasiya mütəxəssislərinin görüşləri keçirilib.
Reproduktiv yaşda olan qadınlar üçün keçirilən görüşlərdə ana və uşaqların sağlamlığının qorunması istiqamətində zəruri addımlara diqqət yetirilib. Qeyd olunub ki, Azərbaycan Respublikasında yeni diridoğulma meyarlarının tətbiqinə başlanılması ölkədə çox az çəkili yenidoğulmuşların yaşamasına ümid verir.
Vurğulanıb ki, düzgün həyat tərzi keçirmək və zərərli vərdişlərdən uzaq olmaq, erkən yaşda hamiləlikdən çəkinmək, hamiləliyin 3 aylığından etibarən mütəmadi həkim nəzarətində olmaq vaxtından əvvəl doğuşların qarşısının alınmasına kömək edir. İnteraktiv şəkildə qurulan təqdimatların sonunda mövzu ilə əlaqədar maarifləndirmə materialları paylanılıb.
Analoji maarifləndirmə tədbirləri 2016-cı ilin yanvar-fevral ayları üçün nəzərdə tutulub. Tədbirlər “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planına və Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyi arasında imzalanmış birgə Fəaliyyət Planına müvafiq olaraq həyata keçirilir.

Teqlər:  Vaxtından əvvəl doğulan körpələrin yaşamaq ehtimalı artır



RƏYLƏR


Top xəbərlər