Gəlinini güllələyib boğazını kəsən 78 yaşlı kişi: "Deyirdi, "vur məni köpəkoğlu!""

Gəlinini güllələyib boğazını kəsən 78 yaşlı kişi: "Deyirdi, "vur məni köpəkoğlu!""
15:17 8 Yanvar 2016
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsəndə kişi arvadını və 20 günlük körpəsini öldürüb (21 İyun 2017 12:37)
78 yaşlı kişi iki qız uşağını zorladı - Evini daşa basdılar (17 İyun 2017 11:32)
İlan sancan kişi arvadı ilə birlikdə ölmək istədi (13 İyun 2017 22:22)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda gəlini Sevinc Məmmədovanı güllələyərək öldürməkdə təqsirli bilinən 1938-ci il təvəllüdlü Amanxan Nəcərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başladığı bildirilib. Prokuror ittiham aktını elan edib.

Gəlinini öldürən Amanxan Nəcərov ittiham üzrə özünü qismən təqsirli bilib. O, məhkəmədə sərbəst ifadə verib. İfadəsində gəlini ilə münasibətlərinin pis olduğunu, tez-tez dava elədiklərini bildirib: “Münasibətlərimiz qaydasına düşmürdü. Nə deyirdim, cavab qaytarırdı. Evdə tapılmırdı. Səhər çıxıb, axşam gəlirdi. Bir söz deyəndə də məni saymırdı. Allaha şükür, evdə mal qara var idi. Korluq çəkmirdik. Gəlinin xeyli borcu varı idi. Nə vaxt aldığından, nəyə xərclədiyindən xəbərim yox idi. Borclular yolda qabağımı kəsir, pullarını istəyirdi. Hər şeydən sonra xəbər tuturdum. Tez-tez uşaqları da götürüb, anasıgilə gedirdi. Bu, məni qıcıqlandırdı. Ürəyim zəifdir. Həkim də məsləhət görüb ki, hər gün 70 qram araq içim. Spirtli içkini yalnız evdə qəbul edirdim. Hadisə günü saat 9-da yuxudan durdum. Gəlin qızları da götürüb getmişdi. Gec gəldilər. Yenə şikayətləndim. Məni təhqir elədi. Dedim, çıx get evdən, bir də bura gəlmə. Üstümə bozardı ki, bu evdə mənim də payım var, getmirəm. Dalaşdıq. Evdə 20 ildən artıqdır ki, qoşalülə tüfəngim var. Məni şantaj elədi ki, gedib polisə şikayət edəcəyəm. Qoşalüləmin tozunu təmizlədim. Güllələrini tapdım. Üstünə getdim ki, qorxuzam. Məni görən kimi başladı söyməyə. Dayanmadan “vur məni köpəkoğlu” deyirdi. O, zaman gözümün qabağına heç nə gəlmədi. Atəş açmaq istədim. Güllə çıxmadı. Bir neçə dəfə cəhd etdim. Sonuncuda güllə açıldı. İkincini atmaq istədim. Güllə yuxarı getdi. Ondan sonra nə baş verib, xatırlamıram. Orda kim olub, hadisə necə olub, bilmirəm. Kəndin icra nümayəndəsinə məlumat verib, polisə təslim olmağa getdim, amma məni ora maşınla kim apardı, onu da bilmirəm. Sonradan bildim ki, qardaşım oğlunun maşını ilə polisə getmişəm”.

78 yaşlı Amanxan Nəcərov hakimlərin və prokurorun suallarını cavablandırıb. Suallara cavab olaraq təqsirləndirilən şəxs bildirib ki, o, gəlini tüfənglə vurandan sonra bıçaqladığını xatırlamır: “Mənim orda bıçaqla boğazına iki zərbə vurmağım yadıma gəlir. Həmin günü elə çox içməmişdim. Başım çatlayırdı. Onun özünə dəfələrlə dedim ki, get, başım ağrıyır”.

Prosesdə şahid qismində təqsirləndirilən şəxsin oğlu, ölən qadının əri Valeh Nəcərov ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadəni təsdiqləyib və məhkəmə istintaqı zamanı ifadə verməkdən imtina edib.

Şahid qismində ölən Sevinc Məmmədovanın qızı, təqsirləndirilən şəxsin nəvəsi 12 yaşlı M. N ifadə verib. O da ifadəsində babası ilə anasının münasibətlərin əvvəlcədən pis olduğunu, tez-tez mübahisə etdiklərini bildirib. M. N hadisə günündən danışıb: “Həmin günü səhər tezdən durduq. Anam nənəmgilə gedirdi. Bizə dedi, sizdə yeməyinizi yeyin, qabları yuyub gələrsiniz. Evdə 3 bacı bir qardaşıq. Qardaşım bizimlə getmədi. Ataya kömək edəcəyini bildirdi. Nənəmgilə getdik. Orda böyürtkən yığdıq. Evə qayıdanda babama “Nar” kontur aldıq. Evə gələndə babam evdə deyildi. Atam çay içirdi. Babam sonradan gəldi. Qalxdı ikinci mərtəbəyə. Konturu aparıb verdim. Çox gec gəldiyimizi bildirdi. Hirsləndi. Anam səsimizə yuxarı qalxdı. Anamla dalaşmağa başladı. Ana babam olan Maliki söyməyə başladı. Anama dedi ki, çıx get evdən. Anam bu evdə onun da payının olduğunu dedi. Sonra aşağı düşdü. Paltarlarını yığırdı. Babam aşağı düşdü. Anamın qolundan yapışdı və sıxmağa başladı. Otaqdan tüfəngini götürüb gəldi. Atam da aşağıdan qaç-qaça gəldi. Bir atəş açdı. İkincini atmaq istəyəndə atam ona çatdı. Tüfəngi əlindən alıb, aşağı tulladı. Anam yerə yıxıldı, şokdaydıq. Dayıma zəng elədim ki, anamı babam vurub, tez gəl bizə. Atam da həkimə zəng edirdi. Anam yerdə uzanıb nəsə deməyə çalışsa da, başa düşülmürdü. Babam mətbəx bıçağı ilə içəri girdi. Ona yalvardıq, bizi saymadı. Sanki gözü çönmüşdü. İki dəfə bıçağı boğaz nahiyəsinə vurdu. Anamın nəfəsi kəsildi. Dayımgil gələndə babam evdə yoxuydu”

Məhkəmə prosesi yanvarın 22-də davam edəcək.

Qeyd edək ki, qətl hadisə bu il iyul ayının 25-də  Qusar rayonu, Avaran kəndində baş verib. Kənd  sakini  78  yaşlı Nəcərov Amaxan Elayyədin oğlu gəlini, 38 yaşlı gəlini  Məmmədova Sevinc Malik qızına ov tüfəngi ilə bir dəfə atəş açıb. Hirsi soyumayan ahıl kişi mətbəx bıçağı ilə gəlinin boğaz nahiyəsinə iki zərbə vurub. Amaxan Nəcərov özü Qusar rayon Polis İdarəsinə gedərək təslim olub.

Hadisənin ailə münaqişəsi zəminində törədildiyi bildirilib.

Amaxan Nəcərova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 228.1( soyuq silah gəzdirmə, saxlama) maddələri ilə ittiham verilib.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Kluba cilvəli getdi - FOTO

27 İyun 2017 23:32

Kişinin sevgisini bilmək istəyirsinizsə... - XANIMLARA PSİXOLOQ MƏSLƏHƏTİ

27 İyun 2017 23:27

Sizin Alsheymer xəstəliyinə yaxalanma riskiniz varmı?

27 İyun 2017 23:22

Azad Rəhimov: "Tayson, Holifild və Coşua Bakıya dəvət olunub"

27 İyun 2017 23:17

"Survivor" iştirakçısı tanınmış aktyorla sevgilidir - FOTO

27 İyun 2017 23:17

Oynaqlarında xırçıltılar və bel ağrıları varsa...

27 İyun 2017 23:17

Şəmkirdə ev kül oldu

27 İyun 2017 23:14

Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru

27 İyun 2017 23:12

Formula 1 üzrə Qran Prini nə qədər tamaşaçı izləyib?

27 İyun 2017 23:12

Şəmkirdə mənzildə yanğın baş verib

27 İyun 2017 23:09

"Qalatasaray" ik transferi açıqladı (RƏSMİ)

27 İyun 2017 23:07

Müğənni istirahətdən erotik fotolar paylaşdı - FOTO

27 İyun 2017 23:05

Facebook istifadəçilərinin sayı 2 milyardı ötüb

27 İyun 2017 23:05

İlham Əliyev: "Cənub Qaz Dəhlizi" layihəsini 100 faiz tamamlamaq üçün 2-3 il vaxt lazımdır"

27 İyun 2017 23:02

Sui-qəsdi Rusiya kəşfiyyatçıları törədib? – Moskvadan CAVAB

27 İyun 2017 22:58

Uzun müddətdir boşanmış insanların kəbin kağızının bir əhəmiyyəti varmı?

27 İyun 2017 22:57

Poşada Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib (FOTO)

27 İyun 2017 22:55

Polşada Azərbaycan prezidentinin şərəfinə rəsmi ziyafət verilib -

27 İyun 2017 22:54

Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?

27 İyun 2017 22:52

Prezident Andjey Duda: Azərbaycan Polşanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda mühüm tərəfdaşıdır

27 İyun 2017 22:50

Millimizin üzvü A Seriyasında - FOTO

27 İyun 2017 22:47

Xərçəng əleyhinə bakteriya tapıldı

27 İyun 2017 22:47

“Qarabağ” - “Dinamo” görüşünün başlama vaxtı müəyyənləşdi

27 İyun 2017 22:47

Prezident İlham Əliyev: Azərbaycan Avropa bazarlarına neftin çatdırılmasında artıq etibarlı tərəfdaşdır

27 İyun 2017 22:43

Çempionlar Liqası tarixində ilk

27 İyun 2017 22:42

Rəqibdən xəbər yoxdu, “Zirə” vaxtı açıqladı

27 İyun 2017 22:42

"Formula-1" üzrə Azərbaycan Qran-prisini 70 minədək tamaşaçı izləyib

27 İyun 2017 22:42

İnsan ölərkən ruhu görünə bilərmi?

27 İyun 2017 22:42

Lukaşenkonun Putinlə görüşünün tarixi məlum oldu

27 İyun 2017 22:38

"Doktorlar"ın Elası 3-cü dəfə hamilədir - FOTO

27 İyun 2017 22:37

"Kurtlar vadisi"nin Karası yeni görünüşü ilə təəccübləndirdi - FOTO

27 İyun 2017 22:37

Məşhur İtaliya klubu satışa çıxarılıb

27 İyun 2017 22:29

Nyu-Yorkda metro qatarı relsdən çıxıb, 34 nəfər xəsarət alıb

27 İyun 2017 22:27

Neftçalada ağır qəza: 4 yaralı

27 İyun 2017 22:27

Həzmi asanlaşdırır, çəkini azaldır... - Kətan toxumunun 8 FAYDASI

27 İyun 2017 22:27

Feysbukun istifadəçilərinin sayı açıqlandı

27 İyun 2017 22:23

Ayaqlarında tez-tez qıcolmalar olanların diqqətinə

27 İyun 2017 22:22

Nyu-Yorkda metro qəzası: 34 yaralı - FOTO

27 İyun 2017 22:22

Bir neçə dəqiqəyə üzün dərisini necə cavanlaşdırmaq olar?

27 İyun 2017 22:17

“Akdağ” məhv edildi: Türkiyə ordusundan AĞIR ZƏRBƏ

27 İyun 2017 22:13

Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar

27 İyun 2017 22:12

Neftçalada yol qəzasında ikisi qadın olmaqla 4 nəfər yaralanıb

27 İyun 2017 22:07

ABŞ-dan İrana gözlənilməz jest

27 İyun 2017 22:05

Azərbaycanlı bəylə gəlin toydan imtina etdilər - FOTO

27 İyun 2017 22:05

Prezident bir gündə 30 toy və 20 sünnət mərasiminə qatıldı

27 İyun 2017 21:59

“Bu layihə Rusiya ordusunun müdaxiləsinə təkan verəcək” – ŞOK PROQNOZ

27 İyun 2017 21:58

Toyxana, yoxsa sərnişin avtobusu? -

27 İyun 2017 21:58

Allah haradadır və Allah hər yerdədir demək olarmı?

27 İyun 2017 21:57

Azərbaycan "Russneft"dən neft hasilatını azaltmağı istəməyib

27 İyun 2017 21:57

AŞPA korrupsiya hallarını araşdıracaq

27 İyun 2017 21:57