Berlin, 8 yanvar, AZƏRTAC
Yeni il gecəsinin sakit keçdiyini bildirmiş polisin işindən təkcə vətəndaşlar deyil, Almaniyanın daxili işlər naziri də narazı qalıb. Nəticədə Köln idarəsinin başçısı Volfhanq Albers etiraf edib ki, yanvarın 1-də tərtib olunmuş hesabat həqiqətə uyğun deyil.
Yanvarın 7-də 16 şübhəli şəxs aşkar olunub, onlardan dördünün şəxsiyyəti müəyyən edilib, iki nəfər isə artıq saxlanılıb.
Almaniya ictimaiyyəti, Kölndə baş verənlərə KİV-lərin gecikmiş münasibətindən də qəzəblənib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin