"Neftçi"nin "bürünc" futbolçusu vəfat edib

"Neftçi"nin "bürünc" futbolçusu vəfat edib
15:09 8 Yanvar 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan futboluna ağır itki üz verib. Apasport.az saytının məlumatına görə, tanınmış futbol veteranı Valeri Hacıyev vəfat edib.

 

Uzun illər “Neftçi”nin şərəfini qorumuş futbolçu uzun sürən xəstəlikdən sonra bu gün ömrünün 75-ci ilində dünyasını dəyişib. Sabiq yarımmüdafiəçi sabah Bakıxanov qəsəbəsində dəfn olunacaq. Onunla vida mərasimi saat 13:00-da başlayacaq.

 

1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanan Hacıyev “Neftçi” ilə yanaşı, Moskva “Dinamo”su və SSRİ-nin olimpiya yığmasının da formasını geyinib. O, karyerasını bitirdikdən sonra Azərbaycan futboluna müxtəlif sahələrdə xidmət edib. U-21 yığmasının baş məşqçisi kimi də çalışmış Hacıyev AFFA-da da fəaliyyət göstərib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227959

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR