Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı qadın Türkiyədə yol qəzasında öldü

Azərbaycanlı qadın Türkiyədə yol qəzasında öldü

Date: 8 January 2016 15:24

Türkiyənin Çanaqqala bölgəsində mühacirləri daşıyan avtobusla avtomobilin toqquşması zamanı baş verən yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan azərbaycanlı qadın həyatını itirib. APA-nın “Haberler.com”a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində avtobusun sərnişinlərindən 4, avtomobilin sərnişinlərindən isə bir nəfər ölüb. Avtobusda ölənlərdən 2-si uşaqdır. Hadisə nəticəsində daha 30 nəfər yaralanıb. Qəza avtomobilin sürücüsü Mehmet Çakır qardaşı Ramazan Çakır və Bakıda keçən il evləndiyi həyat yoldaşı, azərbaycanlı Sevil Çakırı Bayramiçdə evlərinə apararkən baş verib. Azərbaycanlı qadının həyat yoldaşı Ramazan Çakır isə qəza nəticəsində xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

 

Avtobusun sərnişinləri Yunanıstanın Midilli adasına getməyə çalışanSuriya, Əfqanıstan və Myanma əsilli şəxslər olub. 


Tags:  Azərbaycanlı qadın Türkiyədə yol qəzasında öldü

RƏYLƏR


Top news