"Toylarım olmadığından 7 min borcum qalıb" - Elton

"Toylarım olmadığından 7 min borcum qalıb" -  Elton
15:33 8 Yanvar 2016
86 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Elton Hüseynəliyev vergi borcu olan ifaçıların sırasında adının yer almasına əsəbiləşib.

Axşam.az-ın məlumatına görə, sənətçi borcunun 50 faizini ödədiyini bildirib. Elton Hüseynəliyev toyları olmadığından 7 min manat borcunun qaldığını sözlərinə əlavə edib:

“Hörmətli jurnalistlər və Vergilər Nazirliyinin əməkdaşları, bu gün yaydığınız məlumatda adını sadaladığınız müğənnilərin içində mənim də ismim var. Amma nəzərinizə çatdırım ki, onlardan fərqli olaraq mənə kəsilən 12 min manat vergi borcumdan 5 min manatı 2015-ci il dekabrın 25-də ödəmişəm. Toylarım olmadığından 7 min manat borcum qalıb. İlk işim olduğunda ödəyəcəyəm. Bunu əməkdaşlarınıza bildirmişəm. Dövlət vergisindən yayınan və heç 1 manat da olsun ödəməyənlər içində məni ən axırıncı sıraya qoymağınızı düzgün qarşılamıram. Çünki ən azından mənə qoyulan vergi borcunun 50 faizə yaxınını ödəmişəm”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43870

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR