Sabah paytaxtda axşam yağış yağacağı ehtimalı var

Sabah paytaxtda axşam yağış yağacağı ehtimalı var
15:28 8 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, AZƏRTAC
Yanvarın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti olacağı gözlənilir.
Tibbi meteoroloji proqnoza görə yanvarın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyri yüksəlməsi, xəzri küləyinin güclənməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Yanvarın 10-11-də iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.
Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 1 şaxtadan 4°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-9° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Səhər duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-11° isti olacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sabah_paytaxtda_axsam_yagis_yagacagi_ehtimali_var-916944

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR