Ənənəvi Çin təbabəti narkotik istifadəçilərinin “köməyinə gəlir”

Ənənəvi Çin təbabəti narkotik istifadəçilərinin “köməyinə gəlir”
15:33 8 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+


Pekin, 8 yanvar, AZƏRTAC
Ənənəvi Çin təbabəti narkotik istifadəçisi olan xəstələrin müalicə və reabilitasiyasında tətbiq olunacaq. Bu məqsədlə Çinin Şandun əyalətində xüsusi tədqiqat mərkəzi fəaliyyətə başlayıb.
Şandun narkotiklərin sui-istifadəsinə nəzarət bürosunun rəhbəri Çi Yanan bildirib ki, mərkəzdə narkotik asılılığı olan xəstələrin müalicə və reabilitasiyasında ənənəvi Çin təbabətinin geniş yayılmış formalarından olan masaj, iynəbatırma və fitoterapiyadan (dərman kimi bitkilərdən istifadə olunan müalicə üsulu) istifadə olunacaq. Xəstələrin həm fiziki, həm də psixoloji bərpası diqqətdə saxlanılacaq. Bir kurs müalicə 3 il çəkəcək.
Mərkəzdə narkotik istifadəçisi olan xəstələrin müalicəsində ənənəvi Çin təbabəti ilə yanaşı, müasir tibdə istifadə edilən müalicə vasitələri, dərman preparatları da tətbiq olunacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Anenevi_CHin_tebabeti_narkotik_istifadechilerinin_komeyine_gelir-916946

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR