"Məhəbbətlə zarafat etmirlər"

"Məhəbbətlə zarafat etmirlər"
15:38 8 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yanvarın 10-da Azərbaycan Dövlət Rus Dram Teatrı ispan dramaturq Pedro Kalderonun lirik komediya janrında qələmə aldığı “Məhəbbətlə zarafat etmirlər” pyesinin tamaşası ilə teatrsevərlərin görüşünə gələcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Anna Potapova, quruluşçu rəssamı İrina Yaryomenko, musiqi tərtibatçısı isə əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.

Əsas rolları əməkdar artist Salman Bayramov, aktyorlar Mariya Dubovitskaya, Oleq Əmirbəyov, Murad Məmmədov, Yeganə Hüseynli və başqaları ifa edəcəklər.

Qeyd edək ki, tamaşanın premyerası 2014-cü ilin mayında keçirilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2478156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR