Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünyada yuxarı səviyyəli milli domenlər arasında hansı ölkə liderdir?

Dünyada yuxarı səviyyəli milli domenlər arasında hansı ölkə liderdir?

Date: 8 January 2016 15:46

Çin İnternet İnfrastrukturu İnformasiya Mərkəzinin (CNNIC) məlumatına görə, “.cn” domen ünvanında qeydiyyatdan keçmiş ümumi veb səhifələrin sayı 17 milyona yaxınlaşıb. Bu göstərici Almaniyanın “.de” domeni üzrə müvafiq göstəricini ötərək dünyada yuxarı səviyyəli milli domenlər arasında birinciliyi ələ keçirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “itar-tass.com” saytına istinadən yazır ki, Çinin “Sina” xəbər portalının məlumatına görə, Çinin “.cn” yuxarı səviyyəli domeni milli domen ünvanları arasında ən populyardır.
 
Yuxarı səviyyəli milli domen ünvanları dövlətlərə İnternetdə domen adları və zonaların verilməsini həyata keçirən “Internet Corporation for Assigned Names and Numbers” (ICANN) qeyri-kommersiya təşkilatının nəzarəti altında olan “IANA” (Internet Assigned Numbers Authority) tərəfindən verilir.
 
Emil Hüseynov


Tags:  Dünyada yuxarı səviyyəli milli domenlər arasında hansı ölkə liderdir


RƏYLƏR


Top news