Dövlət qurumu “donuz qripi”nə görə gücləndirilmiş iş rejiminə keçdi - AZƏRBAYCANDA

Dövlət qurumu “donuz qripi”nə görə gücləndirilmiş iş rejiminə keçdi - AZƏRBAYCANDA
15:49 8 Yanvar 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

İstər “donuz qripi”, istərsə də “quş qripi”nin əsas əlamətləri qızdırma simptomudur

 

 

Türkiyədə qeydə alınmış “donuz qripi” virusu ilə əlaqədar Azərbaycanın gömrük keçid-məntəqələri gücləndirilmiş iş rejiminə keçib.

 

APA-nın cənub bürosunun məlumatına görə, bunu Masallıda jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. O bildirib ki, istər “donuz qripi”, istərsə də “quş qripi”nin əsas əlamətləri qızdırma simptomudur. Ona görə də bütün sərhəd keçid məntəqələri uzun illərdən bəri lazımi termoqurğularla təchiz olunub.

 

Bütün bunlarla yanaşı, A. Əliyev məntəqələrə DGK-nin tərkibindəki həkim briqadalarının cəlb olunduğunu da söyləyib: “Biz daimi olaraq Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edirik. Yaxın vaxtlarda həmin qurumun təcrübəli həkimləri tərəfindən bizim tibb işçilərimiz üçün seminar-treninqlərin keçirilməsi nəzərdə tutulub”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227965

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR