Kəmaləddin Heydərov Flora Kərimova üçün mahnı bəstələdi

Kəmaləddin Heydərov Flora Kərimova üçün mahnı bəstələdi
16:04 8 Yanvar 2016
176 Şou
Ölkə mətbuatı
A- A+

Bəstəkar Kamal kimi məşhur olan, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xalq artisti Flora Kərimova üçün mahnı bəstələyib.

Axşam.az xəbər verir ki, bu barədə AzNews.az-a nəğməkar şair Baba Vəziroğlu məlumat verib. Şairin sözlərinə görə, müğənninin ifasında təqdim olunacaq mahnı gələn ayın sonuna kimi hazır olacaq. B.Vəziroğlu hazırda sözügedən mahnı üzərində iş getdiyini qeyd edib. Şair mahnının adını gizli saxlayıb.

Qeyd edək ki, Kəmaləddin Heydərov bəstəkar kimi uzun illərdir fəaliyyət göstəririr. Kamal ləqəbi ilə tanınan bəstəkar bir çox hit mahnıların müəllifidir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43873

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR