​AFFA yayım haqqının klublara ödəniləcəyi vaxtı açıqlayıb

​AFFA yayım haqqının klublara ödəniləcəyi vaxtı açıqlayıb
16:17 8 Yanvar 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 8 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının rəsmi yayımçısı "CBC Sport"un ödədiyi məbləğ cari mövsümün sonunda klubların hesabına köçürüləcək. Bu barədə "Report"a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.
Onun sözlərinə görə, yayım üçün telekanalın ödədiyi 700 min manat klubların hesabına mövsümün ortasında köçürülmür: "Həmin pullar mövsümün sonunda klublara veriləcək. Millinin də oyunlarının ödənişləri UEFA tərəfindən mövsümün sonunda aparılır. Bəlkə elə oldu ki, hansısa klub dağıldı? Onda necə olacaq?".
Qeyd edək ki, 700 min manat vəsait Premyer Liqa klubları arasında bərabər bölünməlidir.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/affa-yayim-haqqinin-klublara-odenileceyi-vaxti-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR