Bu da oldu: evini pivə bankaları ilə qızdırır - FOTO

Bu da oldu: evini pivə bankaları ilə qızdırır - FOTO
16:17 8 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Serb riyaziyyatçı Darko Miloşeviç evini Günəş şüaları ilə qızdırmaq üçün unikal sistem hazırlayıb. Bu sistem Günəş panelləri fotoelementlərdən yox, pivə bankalarından ibarətdir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Miloşeviçin dediyinə görə, mis borular vasitəsilə bir-birinə birləşdirdiyi pivə bankalarından ibarət sistem və qızdırıcı radiatorlar ona 80 dollara başa gəlib. 
"Ucuz başa gəlsə də, bu sistem mənə elektrik və qaz puluna ildə təqribən 900 dollara qənaət etməyə imkan verir. Pivə bankalarına xərclənən pulu saymıram. Çünki, onsuz da, pivə içirəm. Bankaları isə atmıram", - 39 yaşlı Miloşeviç söyləyib.

Sistemin hazırlanması üçün o, 44 pivə bankasından istifadə edib.
Pivə bankalarında iki dəlik açan Miloşeviç sonra həmin dəlikləri mis borularla birləşdirib. Beləcə, Günəş şüaları altında bankalarda isinən hava sonradan evdəki radiatorlara ötürülür və evi qızdırır.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/396268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR