Ötən il müharibə əlilləri və şəhid ailələrinə 300-ə yaxın mənzil verilib

Ötən il müharibə əlilləri və şəhid ailələrinə 300-ə yaxın mənzil verilib
16:18 8 Yanvar 2016
32 Sosial
Ölkə mətbuatı
A- A+

Güzəştli mənzil almaq istəyənlər... (25 May 2017 13:53)
Bu şəxslərə yeni evlər verildi (23 May 2017 16:59)
Leyla Əliyeva müharibə və əmək əlillərini sevindirdi (12 May 2017 03:19)

Bakı. Trend:

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi və tibbi-sosial reabilitasiyası istiqamətində ötən il də məqsədyönlü işlər aparılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, Nazirlik tərəfindən respublikanın müxtəlif bölgələri üzrə 82 fərdi yaşayış evi, hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 145 mənzil, habelə Tərtər rayonunda 54 mənzilli yaşayış evi, yəni ümumilikdə 281 mənzil müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub. Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamlarına əsasən hələ 2014-cü il ərzində həmin ilədək növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatı başa çatdırılıb və imtiyazlı şəxslərin elə növbəyə dayandıqları ildə avtomobillə təminatına başlanılıb. 2015-ci ildə daha 400 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxs “NAZ Lifan” markalı avtomobillə təmin ediliblər.

Nazirliyin respublikanın müxtəlif bölgələri üzrə 14 bərpa-müalicə müəssisəsində hər il orta hesabla 8 min nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq bərpa-müalicə xidməti ilə təmin olunur. 2015-ci ilin sentyabrında Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi ölkədə bərpa müalicəsi sisteminin müasir tələblərə uyğun qurulması yönündə görülən uğurlu işlərin nümunəsi olub. Cənubi Qafqaz regionunda analoqu olmayan bu mərkəz il ərzində 1000 nəfərdən çox müvafiq şəxsə müasir tibbi-fizioterapevtik üsullarla xidmət göstərməyə imkan verir. Digər bir sıra bərpa-müalicə müəssisələrində də müasir tələblərə uyğun şərait yaradılmaqdadır.

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 265 nəfər, o cümlədən 135 nəfər əlilliyi olan şəxs və valideynlərindən birinin müşaiyəti ilə 130 nəfər sağlamlıq imkanları məhdud uşaq xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib ki, bu da ümumən 2014-cü ildə göndərilənlərdən 64,6 faiz çoxdur. Həmçinin hesabat dövründə əlilliyi olan şəxslərə 1273 ədədi əlil arabası olmaqla ümumilikdə 34 mindən çox reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib.

“2015-ci il ücün əlilliyi olan şəxslərin və sağlam imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqram”ı çərçivəsində nazirlik keçən il ümumilikdə 13,6 mindən çox əlilliyi olan şəxsi və şəhid ailəsini birdəfəlik maddi yardımla təmin edib. Belə ki, nazirlikdəki müvafiq komissiyanın qərarları əsasında sosial müdafiəyə daha çox ehtiyacı olan 602 nəfər əlilliyi olan şəxsə sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə birdəfəlik maddi yardımlar verilib. 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 112 nəfər 20 Yanvar şəhidinin ailəsi və 316 nəfər 20 Yanvar əlili, Çernobıl AES-də baş vermiş qəzanın ildönümü ilə əlaqədar həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərkən əlil olmuş 486 nəfər şəxs birdəfəlik maddi yardımla təmin olunub. Bilik günü ərəfəsində sağlamlıq imkanları məhdud iki və daha artıq məktəbli üzvü olan 1492 ailədəki 3117 uşağa, Beynəlxalq Əlillər günü ilə əlaqədar 8700 nəfər əlilliyi olan şəxsə də birdəfəlik maddi yardımlar ödənilib.

25 nəfər əlilliyi olan şəxsin respublika daxilində müalicəsinə, 53 nəfər əlilliyi olan şəxsin respublikadan kənar müalicəyə göndərilməsinə birdəfəlik maddi yardım ödənilməsi qaydasında köməklik göstərilib. Həmçinin keçən ilin noyabrında ölkəmizdə Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi təşkil olunub. 221 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın əl işlərinin təqdim olunduğu tədbirin yekununda qaliblərinə mükafatlar verilməklə yanaşı, digər 200 nəfərə yaxın iştirakçının hər birinə də birdəfəlik maddi yardımlar verilib.

Hazırda respublikamızda Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin olunan şəxslərin 69 faizi müharibə əlilləri və onlara bərabər tutulanlar, 20 Yanvar əlilləri, əmək pensiyası almaq hüququ olmayan ümumi səbəbdən I qrup əlillərdir. 2014-cü ildə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılıb. Həmçinin aylıq sosial müavinətlə təmin olunanların 59,2 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Həmin müavinətlərin orta aylıq məbləği 2004-cü illə müqayisədə 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara yönələn sosial müavinətin aylıq məbləği isə 7,4 dəfə artırılıb. Eyni zamanda əmək pensiyaçılarının 28,8 %-ini əlilliyə görə əmək pensiyası alanlar təşkil edir və 2003-cü illə müqayisədə ölkəmizdə əmək pensiyalarının orta aylıq məbləğində 9,5 dəfə artım qeydə alınıb.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Mətbuat Şurasının sədri saytların daşıdığı məsuliyyətdən danışdı

26 May 2017 08:01

"Biz İŞİD ilə mübarizə aparan qlobal koalisiyaya dəstəyimizi genişləndirməyi qərara aldıq"

26 May 2017 07:52

5000 şəkilin içindən seçilən ƏN YAXŞILAR - FOTOLAR

26 May 2017 07:48

Yəməndə baş vermiş döyüşlər zamanı 38 nəfər həlak olub

26 May 2017 07:47

Viqan şəhərində sapyorların iştirakı ilə polis əməliyyatı keçirildi

26 May 2017 07:42

Konqressmen Stiv Kohen Azərbaycanın Respublika günü ilə bağlı bəyanat verib

26 May 2017 07:37

Filippində 5,4 bal gücündə zəlzələ olub

26 May 2017 07:36

Cocuq Mərcanlıda 1063 qəlpə tapılıb - FOTO

26 May 2017 07:32

Onlar həm Oyunların qəlbi, həm də bəzəyi oldular - KÖNÜLLÜLƏR - FOTO

26 May 2017 07:22

Məryəmin gözləmədiyi oldu: onunla üz-üzə gəldi - FOTO

26 May 2017 07:17

"Həmsədrlər təcili Bakıya çağırılmalı, erməni təyyarələri vurulmalıdır"

26 May 2017 07:12

Cəmi 4 ərzaqla hazırlanan tort - ASAN RESEPT

26 May 2017 07:05

Venesuelada keçirilən etiraz aksiyalarında ölənlərin sayı 60-a çatıb

26 May 2017 06:57

Məşhur analar və onların övladları - VİDEO - FOTO

26 May 2017 06:32

Koalisiya Suriyanın qərbinə hava zərbələri endirib: 35 dinc sakin həlak olub

26 May 2017 06:15

NATO İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək

26 May 2017 05:53

Şəmkirdə at gənc oğlana ağır xəsarət yetirib

26 May 2017 05:42

Lara və Qarnet - FOTO

26 May 2017 05:32

Azərbaycanın qadın voleybolçuları Bolqarıstanda təlim-məşq toplanışını keçirlər

26 May 2017 05:17

ABŞ-da məktəbli avtobusu qəzaya uğrayıb: 11 yaralı

26 May 2017 05:15

Həyətdə paltar yuyan qadına piton hücum etdi

26 May 2017 04:58

91 məhbus həbsxanadan qaçdı

26 May 2017 04:48

Dalğın baxışlı Zoi - FOTO

26 May 2017 04:32

Braziliyada 91 məhbus həbsxanadan qaçıb

26 May 2017 04:22

Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 35 dinc sakin həlak olub

26 May 2017 04:12

Jurnalisti döyən siyasətçi azadlıqdan məhrum edilə bilər

26 May 2017 03:38

Elmar Vəliyev: “Gürcüstana ən çox sərmayə yatıran ölkə Azərbaycandır”

26 May 2017 03:17

Yəmənin cənub-qərbində toqquşmalar davam edir: 38 ölü

26 May 2017 03:15

Heç yerdə görmədiyiniz 15 QEYRİ-ADİ MASA - FOTOLAR

26 May 2017 03:03

NATO İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək

26 May 2017 02:37

Konqressmen Stiv Kohen Azərbaycanın Respublika günü ilə bağlı bəyanat verib

26 May 2017 02:36

Azərbaycan nümayəndə heyəti NATO PA-nın sessiyasında iştirak edəcək

26 May 2017 02:35

Məlahətli Alessandra - FOTO

26 May 2017 02:32

Stella Ediyə çevrildi - FOTO

26 May 2017 02:32

Zukerberq Harvardı tərk etməyindən 12 il sonra elmi dərəcə alıb

26 May 2017 02:22

Gürcüstanın Gəncədəki baş konsulu: “Bu il Bakı-Tiblisi-Kars dəmiryolu xəttinin çəkilişi başa çatacaq”

26 May 2017 02:07

Stratejik əhəmiyyətə malik kəndlər İŞİD işğalından azad edildi

26 May 2017 01:55

NATO İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya dəstəyini genişləndirmək barədə qərar qəbul edib

26 May 2017 01:42

Cazibədar Qal - FOTO

26 May 2017 01:32

"Volfsburq" Bundesliqada qalmaq uğrunda ilk qələbəsini qazandı

26 May 2017 01:30

Gəncədə Gürcüstanın Müstəqillik Günü qeyd edilib

26 May 2017 01:22

Cocuq Mərcanlıda 1063 ədəd qəlpə aşkarlanıb

26 May 2017 01:09

Qorxuducu xəritə:

26 May 2017 00:49

46 yaşlı kişi özünə protez əl düzəltdi - FOTOLAR

26 May 2017 00:43

Həmas komandirinin sui-qəsdində şübhəli bilinən şəxs edam edildi

26 May 2017 00:28

NATO-nun sammiti müdafiə və dialoq vasitəsilə Rusiya ilə münasibətlərə doğru yanaşmanı təsdiqləyib

26 May 2017 00:27

MAR-da toqquşma - 300 ölü

26 May 2017 00:18

Cocuq Mərcanlıda 1063 ədəd qəlpə aşkar edilib

26 May 2017 00:12

Viqan şəhərində sapyorların iştirakı ilə polis əməliyyatı keçirilir

26 May 2017 00:08

"Neftçi"nin futbolçusu Gürcüstan yığmasına dəvət alıb

26 May 2017 00:07