Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İŞİD üzvü öz anasını edam etdi

İŞİD üzvü öz anasını edam etdi

15 nəfər edam edildi (04 Mart 2017 13:28)
İordaniyada 15 nəfər edam edilib (04 Mart 2017 13:17)
İordaniyada 20 nəfər edam edilib (04 Mart 2017 13:12)

Tarix: 8 Yanvar 2016 16:19

Suriyanın Rakka kəndində Leean Al Qasem adlı bir qadın “dindən çıxdığı” iddiası ilə oğlu Ali Saqr tərəfindən edam edilib.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bununla da radikal İslam təşkilatı olan İŞİD-in vəhşiliklərinə daha biri əlavə olunub. 

 

20 yaşlı Ali Saqr 45 yaşındakı anası Leena Al Qasemin edamını şəxsən öz əlləri ilə gerçəkləşdirib. Şəriət məhkəməsinin çıxardığı qərarı 20 yaşlı oğlan anasının başına uzun lüləkli silahdan atəş açaraq icra edib.

 

Qeyd edək ki, İŞİD-in “dindən çıxma”, ya da “inancını itirmək” kimi adlandırdığı hallarda edam dərhal tətbiq edilir. Hz.Məhəmmədin buyurduqlarını rədd etmək İŞİD-ə qarşı çıxmaq,  dindən çıxmaq anlamına gəlir.

Onu da bildirək ki, İŞİD üzvləri dinə uyğun olmadığı üçün qadınların edamını yayımlamırlar.

 



Teqlər:  İŞİD üzvü öz anasını edam etdi



RƏYLƏR


Top xəbərlər