Azərbaycanın xalq şairindən Kim Çen İnə cavab (VİDEO)

Azərbaycanın xalq şairindən Kim Çen İnə cavab (VİDEO)
16:21 8 Yanvar 2016
37 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Xalq şairi Fikrət Qoca “Nüvə sınağına yox” şeri ilə Şimali Koreya lideri Kim Çen İnna öz etirazını ifadə edib.

ANS TV-nin məlumatına görə, şair bundan sonra məhəbbət şerləri yazmağın mənasız olduğun deyib:
“Yer üzündə bəzi ölkələri xəstə adamlar idarə edir. Onların əlinə belə silah düşəndə təbii ki, nəticəsi məlumdur. Çünki, o düşünə bilmir, gerisini görmür. O elə bilir ki, dünyaya hökmdar ola bilər. Hər kəs bacardığını eləməlidir. Mənim əlimdən yazmaq gəlir”.

Həmin şeri təqdim edirik:
Allah tozanağı yoğurdu-yapdı,
Kainat qoynunda cənnət yaratdı,
Bizi də cənnətin qoynuna atdı.
Sonra nə eylədik, biz eylədik, biz!
Göz açdıq, nə gördük, söz eylədik biz.
Zəmzəm suyumuzu buz eylədik biz.
Yorduq torpaqları duz eylədik biz,
Bu xaos dünyada meydan sulasa,
Cənnəti yenidən toz eylərik biz!

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) hidrogen bombasını sınaqdan keçirib. Sınağın uğurla keçdiyi barədə ölkənin mərkəzi televiziyası məlumat yayıb. Bəyanatı həmçinin Cənubi Koreya telekanalları da yayımlayıb.

Bununla yanaşı KXDR "məsul nüvə dövləti" olduğunu və yalnız ölkə üçün təhlükə olacağı təqdirdə kütləvi qırğın silahı tətbiq edəcəyini açıqlayıb. Bundan başqa, Pxenyan bəyan edib ki, nüvə texnologiyalarını hər hansı dövlətə vermək niyyətində deyil.

BMT Təhlükəsizlik Şurası da bu sınaqlara cavab olaraq Pxenyana qarşı müxtəlif sanksiyalar tətbiq edib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369222

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR