Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Piyadalara qarşı cərimələr artırılır

Piyadalara qarşı cərimələr artırılır

Almaniyada silahlı sürücü piyadalara hücum edib, 3 nəfər yaralanıb (25 Fevral 2017 22:07)
​Cərimələr 60 faiz artırılır - Qayda pozan piyadaların nəzərinə! (22 Fevral 2017 12:10)

Tarix: 8 Yanvar 2016 16:22

Mayın 1-dən qüvvəyə minəcək İnzibati Xətalar Məcəlləsində intizamsız piyadalar üçün cərimənin artırılması nəzərdə tutulur.

Milli.Az avtosfer.az-a istinadən bildirir ki, hazırda qüvvədə olan məcəllə piyada keçidindən kənarda yolu keçən piyadalar üçün 20 manat cərimə nəzərdə tutur. Lakin yeni layihə bu qayda pozuntusunu törədən piyada üçün 30 manat cərimə müəyyən edir. Bununla belə, piyadaların törətdikləri digər qayda pozuntularına (məsələn, işıqforun qırmızı işığından keçmə, operativ nəqliyyat vasitəsinə yol verməmə və s.) görə cərimə əvvəlki kimi 20 manat olaraq qalır.

Qanunverici orqanın piyadalar üçün cəriməni artırması, yəqin ki, onların intizamını yüksəltməyə hesablanıb. Məlumdur ki, bəzən sürücülərlə piyadaların cərimələrini bərabərləşdirmək kimi fikirlər səslənir. 

Milli.Az


Teqlər:  Piyadalara qarşı cərimələr artırılır



RƏYLƏR


Top xəbərlər