Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​"Sumqayıt" klubu Vaqif Cavadovu heyətinə qatdığını rəsmən açıqlayıb

​"Sumqayıt" klubu Vaqif Cavadovu heyətinə qatdığını rəsmən açıqlayıb

Date: 8 January 2016 16:37

Bakı. 8 yanvar. REPORT.AZ/ "Sumqayıt" klubu futbolçu Vaqif Cavadovu heyətinə qatdığını rəsmən açıqlayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tərəflər arasında 6 aylıq müqavilə imzalanıb.
Futbolçu ilə münasibətlər bu gün rəsmiləşdirilib. 26 yaşlı yarımmüdafiəçi yeni komandasında 70 nömrəli forma ilə çıxış edəcək.
2006-cı ildən Azərbaycan millisinin formasını geyinmiş Cavadov 57 qarşılaşmada meydana çıxıb və rəqib qapılarından 7 top keçirib.
Qeyd edək ki, Vaqif Cavadov karyerası ərzində "Qarabağ", "Bakı", "İnter", Hollandiyanın "Tvente", Rusiyanın "Volqa", Türkiyənin "Qaziantepspor" klublarının şərəfini qoruyub. Onun sonuncu komandası "Qəbələ" olub.

Tags:  Sumqayıt klubu Vaqif Cavadovu heyətinə qatdığını rəsmən açıqlayıb

RƏYLƏR


Top news