Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Evdəkilər məndən icazəsiz heç nə ala bilməz" - Ədalət Şükürov

"Evdəkilər məndən icazəsiz heç nə ala bilməz" -  Ədalət Şükürov

Date: 8 January 2016 16:41

Əməkdar artist Ədalət Şükürov ailə büdcəsindən danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni “Qadına görə” verilişində ailə üzvlərinin ondan icazəsiz alış-veriş etmədiyini bildirib:

“Qadınla kişi fərqli planetlərdir. Bir-birini başa düşmək qəliz məsələdir. Onların “Biz bir-birimizi başa düşürük” ifadəsi yalandır. Hər bir xanım pul xərcləməyi xoşlayır. Amma qadın eyni zamanda qənaətçil olmalıdır. Kişi qazanmalı, qadın onu yığmalıdır. Uşaqları da büdcəyə öyrəşdirmək yaxşıdır. Çərçivədən çıxmaq olmaz. Evdə büdcəyə mən baxıram. Mənsiz ailəmdə heç kim özünə nəsə ala bilməz. Məndən icazə alınmalıdır. Ona görə yox ki, mən icazə verməyəcəm. Sadəcə, bilməliyəm evdə nə hara getdi. Kişi mənəm, büdcəyə nəzarət etmək də borcumdur. Uşağın, həyat yoldaşının nə gəldi gedib alması olmaz”.

Tags:  Evdəkilər məndən icazəsiz heç ala bilməz Ədalət Şükürov

RƏYLƏR


Top news