Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Premyer Liqa klubları "CBC Cup"da iştirak edəcək

Premyer Liqa klubları "CBC Cup"da iştirak edəcək

"Barselona" Premyer Liqa çempionunu istəyir (25 Mart 2017 11:12)
Klub prezidenti Messini istəmədi (01 Mart 2017 15:57)
Premyer Liqa klubunun baş məşqçi postuna ilk namizəd (24 Fevral 2017 11:05)

Tarix: 8 Yanvar 2016 16:42

Qış toplanışını ölkə daxilində keçirəcək Azərbaycan Premyer Liqasının 5 klubu Bakıda "CBC Cup" turnirində qüvvəsini sınayacaq. Bu barədə "Report"a AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov məlumat verib.

Onun sözlərinə görə, turnir 6 komandanın iştirakı ilə keçiriləcək. "CBC Cup"da "Neftçi", AZAL, "Xəzər Lənkəran", "Kəpəz" və "Rəvan" klubları çıxış edəcək. 6-cı komandanın kimliyinə isə tezliklə aydınlıq gələcək. Qrup oyunları "AZAL Arena" və "Bayıl Arena"da olacaq. Turnirin final görüşü isə Bakı Olimpiya Stadionunda baş tutacaq. Qalib komandaya kubok təqdim ediləcək.

F.Hüseynov bildirib ki, yanvarın 12-də və ya 13-də start götürəcək turnir yanvarın 24-də yekunlaşacaq. Bütün oyunlar "CBC Sport" vasitəsilə canlı yayımlanacaq. Hakimləri AFFA təyin edəcək. Turnirin dəqiq reqlamenti və başlama vaxtı tezliklə bilinəcək.

Qeyd edək ki, "CBC Cup" turniri AFFA, Peşəkar Futbol Liqası, AZAL klubu və "CBC Sport" telekanalının birgə təşəbbüs və təşkilatçılığı ilə həyata keçiriləcək.

Fanat.az

Teqlər:  Premyer Liqa klubları CBC Cupda iştirak edəcək



RƏYLƏR


Top xəbərlər