ASAN-da qazla bağlı 56 mindən çox müraciət həllini tapıb

ASAN-da qazla bağlı 56 mindən çox müraciət həllini tapıb
16:43 8 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

2015-ci il ərzində Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı ASAN xidmət mərkəzlərinə 56168 müraciət daxil olub.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, əsasən, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi və “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması ilə əlaqədar edilmiş müraciətlərin hamısı həllini tapıb.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2478185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR