Rok-n-roll kralının 80 yaşı tamam olur

16:43 8 Yanvar 2016
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı 8 yanvar, AZƏRTAC
Bu gün rok-n-roll-un kralı sayılan Elvis Preslinin doğum günüdür.
AZƏRTAC telegraphe.co.uk saytına istinadla xəbər verir ki, Elvisin ilk mahnısı “Mama” 1954-cü ildə radiolarda səsləndirilib və ifaçıya böyük uğur qazandırıb. Onu daha da məşhurlaşdıran “Heartbreak Hotel” isə iki il sonra, 1956-cı ildə yazılıb və daxil olduğu “Elvis Presli” albomu ilə birgə Amerika hit-paradlarında ən çox dinlənilən mahnı olub. Bu albom bir milyondan çox nüsxədə satılıb. Uğurları ardıcıl olaraq sıralayan Elvis Presli dünya tarixində ən çox səsyazması satılan ifaçıdır. 3 dəfə Qremmi mükafatı alan rok-n-roll-un kralı 36 yaşında Qremminin Ömürlük Uğur Mükafatına da layiq görülüb. Onun adı rok-n-roll-un şərəf otağına daxil edilən ilk musiqiçilərdəndir.
Elvis Preslinin 80 illik yubileyi 42 yaşında həyata göz yumduğu Qreyslend malikanəsində keçiriləcək. Bundan əlavə musiqiçinin fanatları onun şəxsi əşyalarını doğulduğu şəhərdə keçiriləcək xüsusi hərracda almaq imkanı əldə edəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rok_n_roll_kralinin_80_yasi_tamam_olur-916972

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR