Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

ABŞ Səfirliyi: "Azərbaycanla əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik”

ABŞ Səfirliyi: "Azərbaycanla əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik”

Date: 8 January 2016 16:49

"Ortaya qoyduğumuz dəyərlərə görə güclü beynəlxalq dəstək qazanmışıq"

 

“ABŞ-ın Azərbaycanla əməkdaşlığı dövlət katibi Con Kerrinin haqqında danışdığı qlobal öhdəliyinin bir hissəsidir və biz bu il əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik”.

APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin ABŞ dövlət katibi Con Kerrinin Amerika diplomatiyası haqqında ötən gün etdiyi çıxışla bağlı şərhində deyilir.

 

Məlumata əsasən, Kerri keçən ilin nailiyyətləri, yeni imkan və çətinliklər barədə danışıb, habelə ABŞ-ın bu çətinliklərin öhdəsindən gələcəyinə əminliyini ifadə edib.

 

“Bu gün Amerika Birləşmiş Ştatları əvvəlkinə nəzərən dünyanın daha çox yerində daha vacib məsələlərlə daha yaxından məşğuldur. Səbəbi isə odur ki, bizim maraqlarımız bunu tələb edir, bizim dostlarımız və müttəfiqlərimiz də bunu istəyir və alqışlayır. Bu səbəbdən qarşıdan gələn aylarda Ukrayna, Əfqanıstan, Mərkəzi Amerika, Kolumbiya, Kipr, Liviya, Cənubi Sudan, Burundi kimi yerlərdə yeni imkanlar və çətinliklər gözləyirik. Çətinliklərlə bağlı heç bir illüziyamız yoxdur. Sadəcə inanın mənə, biz əminik ki, ortaya qoyduğumuz dəyərlərə görə və onların Amerika xalqının dəyərlərini əks etdirdiyinə görə güclü beynəlxalq dəstək qazanmışıq. İnanıram ki, bu çətinliklərdən keçərkən də bu dəstəyi saxlayacağıq”,- deyə Kerri çıxışında bildirib.

 


Tags:  ABŞ Səfirliyi Azərbaycanla əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik

RƏYLƏR


Top news