İmişlidə stadionun binasında yanğın hadisəsi baş verib. Ümumi sahəsi 240 kvadratmetr olan binada alov qısa müddətdə güclənib.
Milli.az El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Alovun qarşısı alınıb.
Hadisə nəticəsində ofis binasının 1-ci mərtəbəsində yerləşən hamam otağının 9 kvadratmetr ərazisi yanıb, binanın qalan hissələri yanğından mühafizə edilib.
Faktla bağlı araşdırma aparılır.