​Rusiyanın Suriyada yüz gün ərzində öldürdüyü insanların sayı açıqlanıb

​Rusiyanın Suriyada yüz gün ərzində öldürdüyü insanların sayı açıqlanıb
17:10 8 Yanvar 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Suriyada yüz gündə öldürdüyü insanların sayı açıqlanıb.

"Report" "aljazeera"yə istinadən xəbər verir ki, bu haqda Suriya Müxalifəti və İnqilabçı Güclərin Milli Şurası bildirib. Məlumata görə, Rusiyanın Suriya ərazisinin bombalaması nəticəsində 135-i uşaq, 115 qadın olmaqla 1730 dinc suriyalı həyatını itirib.

Milli Şuranın açıqlamasına əsasən, Rusiyanın hava zərbələri nəticəsində onlarla məktəb, ibadət yeri, 29 xəstəxana, sağlamlıq mərkəzləri və digər infrastrukturlar dağıdılıb.
İnformasiyada bildirlib ki, yüz gündə Kremlin qırıcıları Suriyaya 12 min dəfə hava zərbəsi endirib. 

Müxalifətin məlumatına əsasən, terrorçu İŞİD qruplaşmasına qarşı əməliyyat keçirdiyinin iddia edən Rusiyanın hava zərbələrinin 94 faizi mülki sakinlərin yaşadığı yerlərə endirilib. 

Milli Şura vurğulayıb ki, Moskvanın keçirdiyi əməliyyatlar nəticəsində Suriyanın Lazkiya, Humus, HamaHələb şəhərlərindən 500 min suriyalı öz evindən qaçqın düşüb.
Müxalifət Rusiya hərbçilərinin Suriyadan çıxmasını və ölkənin gələcəyinin müəyyənləşdirilməsinin suriyalıların iradəsinə buraxılmasını tələb edir. 


Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/rusiyanin-yuz-gunde-oldurduyu-suriyalilarin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR