ABŞ-ın fond bazarlarında son 119 ilin ən ciddi enişi yaşanıb

ABŞ-ın fond bazarlarında son 119 ilin ən ciddi enişi yaşanıb
17:08 8 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, AZƏRTAC
Amerikanın fond bazarlarında yeni ilin ilk hərracları yanvarın 4-də start götürüb. Bundan sonrakı dörd gün ərzində işgüzar aktivliyin əsas göstəricisi olan “Dow Jones” indeksi 5 faizdən də çox (və ya 911 bənd) aşağı düşüb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bu son 119 il ərzində ABŞ birjalarında baş verən ən ciddi enişdir. Analitiklərin fikrincə, bir çox iri sahibkarlar 2008-ci ildəki qlobal maliyyə böhranının təkrarlanacağından ehtiyatlanır.
Sessiyanın sonuna yaxın “Dow Jones” indeksi Nyu-Yorkda 392,41 bənd enərək 16514,10 bəndə (-2,3 faiz) qədər geriləyib. Bu, son üç ayın ən aşağı göstəricisidir. Həmçinin “Standard & Poor’s 500” fond indeksi hərracın sonunda 47 bənd (-2,4 faiz), NASDAQ elektron birjasının indeksi isə 146 bənd (-3 faiz) azalıb.
Elə həmin gün Çinin materik hissəsinin ticarət meydanlarında açılışdan yarım saatdan da az bir müddət sonra kəskin eniş səbəbindən hərraclar dayandırılıb. Şanxay fond birjasındakı vəziyyəti əks etdirən “Shanghai Composite” indeksi 7,32 faiz itirərək 3115,89 bəndə qədər enib. Şençjendə işgüzar aktivliyin əsas göstəricisi olan “Shenzhen Component” indeksi də təxminən eyni aqibətlə üzləşib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_in_fond_bazarlarinda_son_119_ilin_en_ciddi_enisi_yasanib-916982

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR