Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə xəbərdarlıq edib

Date: 8 January 2016 17:12

Quşlardan nümunələr götürülərək laboratoriyada müayinə edilib. Müayinə zamanı quşların askaridoz (qurd) xəstəliyindən tələf olması aşkar olunub. Tələf olmuş quşlar xəstəliyin təlimatına uyğun olaraq zərərsizləşdirilib və dezinfeksiya işləri aparılıb.
DBNX əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın. 
Dövlət Xidməti KİV nümayəndələrindən xahiş edir ki, dəqiqləşdirmədən, aparılan müayinə və araşdırmaların nəticələrinə istinad etmədən ölkədə heyvanlar arasında hər hansı iti yoluxucu xəstəliyin olması barədə məlumatlar yaymaqdan çəkinsinlər. Həqiqəti əks etdirməyən məlumatların yayımlanması həm ölkə əhalisi arasında yersiz narahatçılığa səbəb ola, həm də ölkəmizin beynəlxalq səviyyədə imicinə mənfi təsir edə bilər. 
DBNX aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada quşlar və heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələf olma halları mövcud deyil və epizootoloji sabitliyə tam nəzarət olunur.

Tags:  Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə xəbərdarlıq edib

RƏYLƏR


Top news